Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:49

Məhkəmədə jurnalistlərə hücum oldu


Məhkəmə önü
Məhkəmə önü

-

Jurnalist Xədicə İsmayılın məhkəmə prosesindən sonra media nümayəndələrinə hücum olub. AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, jurnalistlər Xədicənin məhkəməsindən çıxan şəxslərə yaxınlaşıblar və onların kim olduqlarını soruşublar. Bu zaman həmin şəxslər jurnalistlərin üstünə hücum çəkib.

Amerikanın Səsi radiosunun əməkdaşı Tapdıq Fərhadoğluya bir iki zərbə endiriblər. Tapdıq Fərhadoğlu AzadlıqRadiosuna deyir:

"Mən soruşdum ki, kimsiniz, hardan gəlibsiniz? Birindən soruşdum, digərləri üstümə cumdu, bir iki yumruq vurdular, kameramı sındırmaq istədilər".

AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, Meydan TV əməkdaşının kamerasını sındırıblar.

Xədicə İsmayılın məhkəmə prosesini izləməyə jurnalistlər və ailə üzvləri buraxılmayıb. Məhkəmə nəzarətçiləri zalın dolu olduğunu bildirib. AzadlıqRadiosunun əməkdaşısa deyir ki, zala əvvəlcədən təyin edilmiş şəxslər buraxılıb.

Əraflı məlumat az sonra veriləcək.

XS
SM
MD
LG