Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:31

Pulu böhrandan necə qorumalı?


Manat, dollar, arxiv fotosu
Manat, dollar, arxiv fotosu

Neftin qiyməti dünya bazarında ucuzlaşır, neftdən asılı Azərbaycan iqtisadiyyatının dayaqları getdikcə zəifləyir. Bəs əldə olan vəsaiti necə qorumaq, artırmaq olar?

Nağd puldan başlayaq

Azərbaycanda

Neftdən asılı başqa ölkələrdə olduğu kimi Azərbaycanda da bankların durumunu mütəxəssislər sabit qiymətləndirmirlər.

Hərçənd, yerli banklara depozit yatırmaq istəyənlərə ekspertlər dollara üstünlük verməyi, amma yalnız dollarla kifayətlənməməyi, bir neçə başqa valyutanı da almağı məsləhət görürlər. İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu deyir: “Bu dövr ərzində nisbətən sabit valyuta İsveçrə frankı, İngilis funtu, Kanada dolları, Hind rupisi, Argentina pesosu sayıla bilər. Onlar ABŞ dollarına nəzərən ötən 1 ildə dəyərini cüzi olaraq itiriblər”.

Valyutalar
Valyutalar

Xaricdə

Azərbaycandan fərqli olaraq Avropada və ABŞ-da kredit faizləri aşağı olduğu kimi depozit faizləri də aşağıdır, illik 1 faizə qədərdir. Odur ki, Qərb ölkələrində vəsait yatırmaq mənfəət əldə etmək üçün yox, vəsaiti qoruyub saxlamaq məqsədilə sərfəli sayıla bilər.Almaniyada yaşayan xaricilərə yönəlik howtogermany.com saytı məsləhət görür ki, Almaniya səhm bazarında əməliyyatlara qoşulmaq üçün müstəqil məsləhətçi tapmaq mühümdür- cünki bir çox hallarda məsləhətçilər ayrı-ayrı bazarlarla əlaqəli olur və gətirdiyi müştəriyə görə faiz alır.

Qubad İbadoğlunun məsləhətlərindən biri də Avropada investisiya fondlarının səhmlərinə vəsait yatırmaqdır.

Hüquqi baxımdan Avropada, məsələn, Çexiyada vətəndaş olmayan şəxsin depozit yatırmağı mümkündür.

Türkiyə banklarının təklif etdiyi faiz daha yüksəkdir, amma bu ölkənin iqtisadiyyatı da o qədər də dayanıqlı sayılmır. Gürcüstanda illik 4-5 faizlə əmanət yerləşdirmək mümkündür.

Daşınmaz əmlak

Azərbaycanda

Daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev deyir ki, Azərbaycanda daşınmaz əmlak sabit görünmədiyi üçün hələ ki, bura vəsait yaratmaq risklidir və məsləhətli deyil.

Yeni tikintilər
Yeni tikintilər

Xaricdə

ABŞ-da çalışan vəkil Qorxmaz Əsgərov bildirir ki, xarici vətəndaşların ABŞ-da daşınmaz əmlak alması barədə məhdudiyyət yoxdur: “Daşınmaz əmlak almaq üçün satış qiymətinin 10 faizi miqdarında pul saxlanılır ki, əgər əmlakdan gəlir qazanılsa, vergidən qaça bilməsinlər. Bəzi ştatlarda isə əmlak vergisi var.

ABŞ-da Florida, Nyu –Cersi, California və s. ştatlarda 130 min dollara üçotaqlı xüsusi həyət evləri almaq mümkündür.

Xarici vətəndaş Avropada da daşınmaz əmlak ala bilər. Məsələn, Almaniyada 30 kv.m.-lik mənzili 60 min avroya, 100 kv.m.-lik mənzili 250 avroya almaq mümkündür.

Bir türkiyəli ev dəllalı AzadlıqRadiosuna deyir: “Türkiyədə ən gəlirli iş torpaq sahəsinə pul yatırmaqdır. Məsələn, Mordoğan bölgəsi çox sürətlə böyüyür. İki-üç il ərzində yaxşı qazanc əldə etmək olar”.

Qubad İbadoğlu bildirir ki, hazırda qızıl bazarı da sabit olmadığı üçün qızıl almaq da risklidir.

XS
SM
MD
LG