Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:38

Bakı Xədicə ilə bağlı tənqidlərə cavab verdi


Hikmət Hacıyev
Hikmət Hacıyev

-

«Xədicə İsmayıl ilə əlaqədar olan məhkəmənin işinə müdaxilə, məhkəmə qərarının siyasiləşdirilməsi və onun mahiyyətinin təhrif edilməsi cəhdlərini, eləcə də sırf hüquqi müstəvidə olan bu məsələyə siyasi bəyanatlar formasında olan münasibətləri qəti şəkildə qınayır və qəbuledilməz hesab edirik».

Bunu Xədicə İsmayıl barəsində çıxarılmış məhkəmə hökmü ilə əlaqədar Qərbin bəyanatlarına cavab olaraq Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

«Təəssüflər olsun ki, Xədicə İsmayıla qarşı irəli sürülən ittihamlar hələ istintaq mərhələsində olanda belə istintaqın işinə müdaxilə, istintaqa təzyiq göstərilməsi və ona siyasi don geyindirilməsi kimi qərəzli yanaşma özünü göstərirdi. Bu kimi cəhdlər Azərbaycan Respublikasının suverenliyinə birbaşa müdaxilə kimi qiymətləndirilir», - Hikmət Hacıyev deyib.

«Xarici İşlər Nazirliyi tərəfindən dəfələrlə bildirilib ki, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin müstəqilliyi və qanunun aliliyi tam şəkildə təmin olunub. Məhkəmənin çıxardığı qərarlara hörmətlə yanaşılmalıdır. Qanunla hər bir vətəndaşın məhkəmə qərarlarından apellyasiya qaydasında müraciət hüququ təsbit edilib» - deyə o, sözlərinə əlavə edib.

Jurnalist Xədicə İsmayıl ötən ilin dekabrında həbs olunub. Məhkəmə onu 7 il yarım müddətinə azadlıqdan məhrum edib.

Xədicə İsmayıl Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib.

Jurnalist özü bütün ittihamları əsassız sayır, hakim ailənin biznes fəaliyyəti barədə araşdırmalarına görə cəzalandırıldığını bildirir.

XS
SM
MD
LG