Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:51

İ.Əliyev: "Qənaət edəcəyik"


İlham Əliyev
İlham Əliyev

-

"İstisna edilmir ki, neftin qiymətinin kəskin düşməsi siyasi sifarişin nəticəsidir"

Sentyabrın 8-də nazirləri gələn ilin büdcə layihəsi ilə bağlı müşavirəyə toplayan prezident İlham Əliyev nəqliyyat sahəsində ciddi pozuntular olduğunu, orada insanlara əziyyət verildiyini və əsassız tələblər irəli sürüldüyünü qeyd edib:

"Biz artıq bu sahənin bir hissəsini “ASAN xidmət”ə vermişik. Gələcəkdə də hər sahədə “ASAN xidmət”in standartları olmalıdır."

DOLLARIN MƏZƏNNƏSİ...

İ.Əliyev deyib ki, gələn il hökumət fərqli işləməlidir:

"Gələn il hökuməti əlbəttə ki, böyük işlər gözləyir. Hökumət yeni situasiyada işləyəcəkdir.

Neft gəlirləri azalır, ona görə daha çox innovasiyalara üstünlük verilməlidir. Sahibkarlığın inkişafı üçün əlbəttə ki, addımlar atılacaq və maliyyə sabitliyi təmin ediləcəkdir.

Bunu da izlə: İLHAM ƏLİYEVİN QƏZƏBLİ SƏSİ

Mənim buna heç bir sübhəm yoxdur. Bizim maliyyə vəziyyətimiz sabitdir. Kifayət qədər valyuta ehtiyatlarımız var. Biz yenə də düşünülmüş siyasət apararaq valyuta ehtiyatlarımızı ildən-ilə artırırdıq.

Düzdür, indi vaxtilə alınmış bəzi əmlakların qiymətlərinin düşməsi, xüsusilə avro, dollar məzənnələri arasında olan bəzi dəyişmələr elə fikir yarada bilər ki, bizim Dövlət Neft Fondunun ehtiyatları azalıb. Ancaq reallığa baxanda görürük ki, azalmayıb.

Bu il də biz Dövlət Neft Fondunun vəsaitini qoruyuruq. Düzdür, indi vaxtilə alınmış bəzi əmlakların qiymətlərinin düşməsi, xüsusilə avro, dollar məzənnələri arasında olan bəzi dəyişmələr elə fikir yarada bilər ki, bizim Dövlət Neft Fondunun ehtiyatları azalıb.

Ancaq reallığa baxanda görürük ki, azalmayıb. Çünki qiymətləndirmə ilə bağlı və dünya valyuta kurslarının səviyyəsi ilə əlaqədar bəzi dəyişikliklər edilib. Ancaq biz gələn il də valyuta ehtiyatlarımızı, xüsusilə Dövlət Neft Fondunun ehtiyatlarını qorumalıyıq və qoruyacağıq."

DƏRMAN VƏ NEFT

İlham Əliyev dərman bazarının tənzimlənməsi sahəsində ciddi dəyişik edildiyini bidirib:

"Dərman preparatları bazarının tənzimlənməsi işində biz çox ciddi dönüşə nail olduq və sentyabrın 15-dən sonra hər bir Azərbaycan vətəndaşı bunu hiss edəcək. Dərmanların qiymətinin orta hesabla 2-3 dəfə aşağı salınması təmin edilibdir."

İ.Əliyev neftin dünya bazarlarında ucuzlaşmasından da danışıb:

"Ancaq istisna edilmir ki, neftin qiymətinin kəskin düşməsi siyasi sifarişin nəticəsidir".

"QƏNAƏT EDƏCƏYİK"

"Gələn ilin büdcəsi real vəziyyəti nəzərə almalıdır. Gələn ilin büdcəsi daha çox sosial yönümlü büdcə olmalıdır. Əlbəttə, ən böyük prioritet təşkil edən investisiya layihələri də icra edilməlidir.

Ancaq prioritet olmayan, o qədər də vacib xarakter daşımayan layihələri büdcə, investisiya proqramlarına salmamalıyıq. İsrafçılığa yol verilməməli, maliyyə nizam-intizamı daha da gücləndirilməlidir. Çalışmalıyıq ki, vəsaitə qənaət edək.

Ancaq prioritet olmayan, o qədər də vacib xarakter daşımayan layihələri büdcə, investisiya proqramlarına salmamalıyıq. İsrafçılığa yol verilməməli, maliyyə nizam-intizamı daha da gücləndirilməlidir. Çalışmalıyıq ki, vəsaitə qənaət edək." - deyib prezident İlham Əliyev.

"AZƏRBAYCAN ÜÇÜN ÇİRKİN SSENARİLƏR"

İlham Əliyev deyib ki, Yaxın Şərqdə baş verən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdı:

“2011-ci ildə və 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda “Ərəb baharı”nın yaşanmasından söhbət açırdı. Deyirdilər ki, bu, qaçılmazdır. Azərbaycanda vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışdılar.

Bizim hüquq-mühafizə orqanları bütün bu işlərin üzərini açıb. Azərbaycanda "Maydan hərəkatı" yaratmaq, gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər, onları bədbəxt etdilər.Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib.

On milyon dollarlarla vəsait aşkarlanıb ki, qanunsuz yollarla yerli “Beşinci kalon” vasitəsi ilə QHT adı altında Azərbaycana gətirilsin və vəziyyət gərginləşsin, burada da bəzi dairələrin xidmətində olan insanları hakimiyyətə gətirsinlər ”.

On milyon dollarlarla vəsait aşkarlanıb ki, qanunsuz yollarla yerli “Beşinci kalon” vasitəsi ilə QHT adı altında Azərbaycana gətirilsin və vəziyyət gərginləşsin, burada da bəzi dairələrin xidmətində olan insanları hakimiyyətə gətirsinlər.

Dövlət başçısı qeyd edib ki, 2013-cü ilin əvvəlindən başlayaraq bu proseslər daha ciddi forma alıb: “Prezident seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq, Azərbaycanı məhv etmək cəhdləri müşahidə olunurdu. Mən bunu açıq deyirəm və başqa cür də qəbul etmirəm."

YAXIN ŞƏRQDƏ MÜNAQİŞƏLƏR HAQDA

İ.Əliyev deyib ki, Yaxın Şərqdə son illər ərzində yüz minlərlə insan həlak olub: "Onlar xarici müdaxilə, qanlı toqquşmalar nəticəsində həlak olublar və bu müharibənin, bu toqquşmanın sonu görünmür.

Əksinə, yeni müharibə ocaqları yaranır və günahsız insanlar bundan əziyyət çəkir. Post-sovet məkanında vəziyyət daha da gərginləşir, həm qanlı toqquşmalar, eyni zamanda, siyasi və iqtisadi böhranlar hökm sürür".

"Qarşıdurma meyilləri güclənir və postsovet məkanı əlbəttə ki, bizim qonşuluğumuzdur. Burada da biz hamımız yaxşı görürük və ictimaiyyət də bunu bilir.

Xarici müdaxilə öz rolunu oynayır və bundan əziyyət çəkən yenə də günahsız insanlardır. İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq Avropa məkanı, daha doğrusu Avropa İttifaqı böyük humanitar fəlakətlə üz-üzədir."

XS
SM
MD
LG