Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:30

«Benzin ucuzlaşmayacaq»- Rövnəq Abdullayev


Rövnəq Abdullayev
Rövnəq Abdullayev

-

SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, «Azərbaycanda benzinin qiyməti neftin 60-62 dollar qiyməti əsasında hesablanıb. Mən əvvəl də demişəm, indi də deyirəm ki, neftin qiymətinin Azərbaycandakı benzinin qiymətinə heç bir təsiri yoxdur. Bunlar bir-birinə bağlı deyil. Bu qiymətləri Tarif Şurası tənzimləyir. Bir daha deyirəm ki, dünya bazarında neftin qiymətinin düşməsi benzinin qiyməti ilə heç bir bağlılığı yoxdur».

Bunu Apa Economics xəbər verir.

Bəs benzin niyə düşmür?

SOCAR prezidenti deyib ki, ölkəyə xaricdən gətirilən Aİ-95 və Aİ-98 markalı benzinin həcmi olduqca azdır.

«Bu rəqəm o qədər azdır ki, 7 ay bundan öncə ölkəyə gətirilən 25 min ton Aİ-95 markalı benzin indiyə qədər satılmayıb. Aİ-95 markalı benzini biz özümüz istehsal edəndə ildə 150 min ton benzin satırdıq. Biz bu növ yanacağın istehsalını saxlayıb xaricdən gətirməyə başlayanda, hər kəs Aİ-92 benzinini istifadə etməyə başladı. Bu gün Aİ-95 markalı benzinin istifadəsi ildə 25 min ton səviyyəsinə gəlib çıxıb. Bu yanacağın istehlakı 4 dəfə azalıb və bu onu göstərir ki, insanlar artıq Aİ-95 benzinin istehlak etmirlər», - deyə o qeyd edib.

XS
SM
MD
LG