Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:35

Büdcə gəlirləri niyə azalacaq?


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Gələn ilin dövlət büdcəsinin gəlirləri əvvəlki ilə nisbətən 3 milyard 996.6 milyon manat (19.3 faiz) az proqnozlaşdırılır. Büdcəyə Vergilər Nazirliyinin xətti ilə də daxilolmalarda ciddi azalma var, 6 milyard 602 milyon manat daxilolma proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 510 milyon manat (7.2 faiz) azdır.

Bəs büdcə gəlirlərində bu qədər ciddi azalmaya səbəb nədir?

İqtisadçı-ekspert Qubad İbadoğlu deyir ki, növbəti ildə büdcə daxilolmalarında azalmanı Dövlət Neft Fondundan (DNF) köçürmənin kəskin azaldılması ilə izah etmək olar:

«Belə ki, bu ilin proqnoz göstəriciləri ilə müqayisədə DNF-dən büdcəyə transfert 4.38 milyard manat (42.2 faiz) az proqnozlaşdırılıb. Digər səbəblərə gəlincə, üç əsas vergi mənbəyi üzrə də azalma proqnozlaşdırılır. Şirkətlərin mənfəət vergisi bu illə müqayisədə gələn il 17.6, fiziki şəxslərin gəlir vergisi 2.5, əlavə dəyər vergisi 1.1 faiz az proqnozlaşdırılır. Nəticədə bu üç mənbədən dövlət büdcəsinə 2016-cı ildə bu ilə nisbətən 561 milyon manat və ya 3.85 faiz az vəsait daxil olacaq. Bu vergi növləri üzrə azalmanı iki amillə izah etmək olar. Birincisi, neftin dünya bazar qiymətlərinin ucuzlaşmasına görə xarici və yerli neft şirkətlərindən ödəmələrin aşağı düşməsi, ikincisi isə investisiya büdcəsinin bu illə müqayisədə demək olar ki, yarıya qədər ixtisar olunmasına görə büdcə əsaslı sifarişlərin azalması».

Büdcədə 10.9 faizlik çəkisi proqnozlaşdırılan Dövlət Gömrük Komitəsindən də daxilolmalarda artım gözlənilmir. Gələn il cari ildəki qədər - 1 milyard 590 milyon manat daxilolma proqnozlaşdırılır.

XS
SM
MD
LG