Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:47

Təqaüdçülərin bankomat növbəsi


Bankomat qarşısında növbə.
Bankomat qarşısında növbə.

-

Azərbaycanın cənub rayonlarında insanlar pensiya almaq üçün gecəyə qədər növbə tuturlar.

Rəsmilər Qurban bayramı ilə əlaqədar pensiya və digər sosial müavinətlərin sentyabrın 18-dən veriləcəyini demişdilər. Lakin bu deyilənlər həqiqət olmadı. Pensiyalar rayonlarda sentyabrın 22-dən verilməyə başlanıb. Çox az sayda olan «Kapital Bank» bankomatları qarşısında gecə yarısına qədər növbələr olur.

Pul kütləsi yüklənmədiyində bankomatların heç də hamısı işləmir. İlin əvvəlində pensiyalar ayın ikinci on günlüyündə əhaliyə verilərdi. Pensiya və digər sosial müavinətlər əsasən «Kapital Bank»ın bankomatlarından almaq mümkün idi. «Bank Respublika»nın bankomatları bir pensiya əməliyyatına görə 3-4 manat pul çıxır. Buna görə də əhali pensiyasını «Kapital Bank»ın bankomatından almağa üstünlük verir. Ehtimal edilir ki, pensiyaları Qurban bayramı günlərində də almaq olar.

XS
SM
MD
LG