Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:48

Mehriban Əliyeva: "Bu işə 10 min könüllü cəlb edəcəyik"


Mehriban Əliyeva
Mehriban Əliyeva

►"İslam Həmrəylik Oyunlarının keçirilməsi işinə təxminən 10 minə yaxın gənc könüllü kimi cəlb olunacaq".

Bunu Oyunların təşkilat komitəsinin rəhbəri, birinci ledi Mehriban Əliyeva deyib.

AzərTAc-ın məlumatına görə, o, qarşıda duran məsələlərdən birinin açılış və bağlanış mərasimlərinin ideyalarını formalaşdırılması olduğunu, yayım hüququnun verilməsi ilə bağlı müvafiq təşkilatlarla danışıqların aparıldığını, Oyunların keçiriləcəyi müddətdə Bakıya gələcək idmançıların, qonaqların yerləşdirilıməsi üçün otellərin sayının dəqiqləşdirildiyini və bu sahədə heç bir problemin olmadığını deyib.

Neftin ucuzlaşmasına görə dövlət büdcəsinin gəlirləri kəskin azalsa da, Azərbaycan 2017-ci ildə keçirəcəyi IV İslam Həmrəylik Oyunlarından imtina etməyib.

2016-cı ilin dövlət büdcəsində bir sıra sahələr üzrə qənaət tədbirləri nəzərdə tutulsa da, idman xərcləri iki dəfə artırılıb.

Buna da bax: Türkiyə vətəndaşları Azərbaycandan çıxarıldı

Mehriban Əliyeva əmin olduğunu bildirib ki, 1-ci Avropa Oyunları kimi "İslam Həmrəylik Oyunları da yüksək səviyyədə keçiriləcək və Azərbaycan xalqının etimadını doğruldacaq. İslam Həmrəylik Oyunları müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq."

Təşkilat Komitəsinin sədri bildirdi ki, Oyunlarda iştirak edəcək idmançıların Atletlər Kəndində, jurnalistlərin isə Media Kəndində yerləşdirilməsi nəzərdə tutulub. Tədbirin dünyada təbliği və informasiya dəstəyinin ən vacib məsələlərdən biri olduğunu qeyd edən Mehriban Əliyeva Oyunlarla bağlı internet portalının hazırlanacağını da diqqətə çatdırdı.

Mehriban Əliyeva bunları sentyabrın 23-də IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasında deyib.

Buna da bax: İlqar Məmmədova telefon qadağası

İlham Əliyev Avropa Oyunları ərəfəsində "Azərbaycana qarşı çirkin kampaniyanın aparıldığını, bəzi xarici dairələrin Azərbaycanı ləkələmək üçün böhtan dolu uydurma informasiyalar yaydığını" deyib

Prezident İlham Əliyev Avropa Oyunları ərəfəsində "Azərbaycana qarşı çirkin kampaniyanın aparıldığını, bəzi xarici dairələrin Azərbaycanı ləkələmək üçün böhtan dolu uydurma informasiyalar yaydığını" deyib.

O bunun təsadüfi olmadığını, məqsədyönlü xarakter daşıdığını qeyd edib.

İ.Əliyev bu səylərin boşa çıxdığını deyərək bildirib ki, qonaqlar Azərbaycanın reallıqlarını öz gözləri ilə gördülər, Azərbaycanın multikulturalizm mərkəzi, Bakının isə dünyanın ən gözəl şəhərlərdən biri olmasının, könüllülərin öz vətəni ilə fəxr etdiklərinin, Azərbaycan idmançılarının peşəkarlığının şahidi oldular.

XS
SM
MD
LG