Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:29

Tale Bağırzadə: "Bizi avtomatla qorxuda bilməzsiz"


-

Senytabrın 25-də Yevlax polisi saxladığı «Müsəlman Birliyi Hərəkatı»nın sədri, ilahiyyatçı Tale Bağırzadəni sərbəst buraxıb.

Gözlə

No media source currently available

0:00 0:03:03 0:00
Direct-ə keçid

Sərbəst buraxılandan sonra o, AzadlıqRadiosuna müsahibə verib. Bildirib ki, o, qohumunun xeyir işi üçün Yevlax şəhərinə gedib. Cümə namazı qılmaq üçün məscidə gedərkən, eşidib ki, məscidi əli silahlılar mühasirəyə alıb:

"Orda belə şayiə yayıblar ki, guya mənim adım ölüm işində hallanır. Silahla məscidə əməliyyata gəliblər. Yəqin fikirləşiblər ki, mən bunu eşidəndən sonra məscidə getməyəcəm. Mən də getdim. Dedim məni axtarırsınız? Onlarla birlikdə getdik şöbəyə. Bildirdim ki, biz heç sizin böyüklərinizdən qorxmamışıq, üstümüzə avtomatla gəlməklə biz qorxası, çəkinəsi deyilik".

Polis şöbəsində Tale Bağırzadəyə deyiblər ki, "DİN-in 102 saylı qaynar xəttinə məlumat daxil olub ki, bu gün məsciddə dövlət əleyhinə çıxış olacaq. Bu əməliyyat da onunla bağlı keçirilib". Mənim nəinki məsciddə çıxışımın nəzərdə tutulmadığını, heç orda olmadığımı biləndən sonra üzrxahlıq edib, sərbəst buraxdılar.

Tale Bağırzadə saxlanan vaxt onunla birlikdə bir neçə tərəfdları şöbəyə aöarılıb. Onlara da izahat alınandan sonra buraxılacaqlarını bildiriblər.

XS
SM
MD
LG