Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:50

Cəbhədə ağır döyüş gedir


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 25-də qoşunların təmas xəttində Ermənistan hərbi birləşmələrinin Azərbaycan mövqelərinə basqın cəhdi nəticəsində ağır və qanlı döyüş getdiyini bildirir. Bu zaman əsgər Elşən Məmmədov ölüb, 3 hərbi qulluqçu yüngül qəlpə yaraları alıb. Onların vəziyyətinin kafi olduğu deyilir.

Nazirliyin sentyabrın 26-da yaydığı məlumata görə, raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbçisi məhv edilib, 16 nəfərədək yaralısı var. Onlardan 10-u ağır vəziyyətdədir.

Ermənistan tərəfin yaydığı məlumatda da 4 hərbçinin öldüyü bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi bir daha bəyan edib ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Nazirlik ötən sutka ərzində atəşkəsin 74 dəfə pozulduğunu, 81 cavab zərbəsi endirildiyini bildirir.

XS
SM
MD
LG