Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:24

Şirvanın naməlum səsi


Ağakərim Nafiz
Ağakərim Nafiz

-

İz - Səsi Şirvan xalçasına bənzədilən xanəndə...
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

O, Şirvan Muğam Məktəbinin son mogikanlarından sayıla bilər.

Qədim Şirvanın oxuma üslubu sanki əsrlərin o tayından fışqıra-fışqıra onun səsinə-nəfəsinə hopub.

Səsini Şirvan xalçalarına bənzədənlər də var.

Mədəniyyət vurğunu Fransada da onu bəyənir, hətta telefonla səsinə qulaq asmaq istəyənlər tapılır...

O, təsniflər qoşur, mahnılar bəstələyir, keçmişə üz tutaraq gələcək üçün yaradır.

O, xarici ölkələrdə çox olub, amma öz ölkəsində hələ də naməlum səs kimi qalıb.

İlk diski də elə yad ölkədə çıxıb...

10-15 ildir ki, Şamaxıdan Bakıya köçüb, amma...

O, daha toylara da az-az gedir. Səbəbi...

Hərdən vaxtilə oxuduqlarını da unudur...

Qısası, AzadlıqRadiosunun «İz» proqramı şirvanlı xanəndə Ağakərim Nafizə həsr etdiyi verilişi diqqətə yetirir.

Sentyabrın 27-də saat 23-də«İz»ə düşün, izdən çıxmayın.

XS
SM
MD
LG