Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:23

AŞPA sədri: Azərbaycana mesaj ötürdük


Anne Brasseur.
Anne Brasseur.

-

«Ümid edirəm ki, müşahidə missiyamız Azərbaycana öz mesajımızı ötürməmiz üçün bir şans olacaq».

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Anne Brasseur belə deyib.

apa-nın məlumatına görə, o, AŞPA Bürosunun iclasından sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb. Deyib ki, Büronun iclasında Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası yollamaq barədə qərar qəbul edilib.

A.Brasseur bildirib ki, demokratiyanın olması üçün insan hüquqlarına da hörmətlə yanaşılmalıdır.

A.Brasseur erməni jurnalistin guya Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində təcavüzkar tərəf olduğuna dair sualına da cavab verib:

«Mən bunu bir neçə dəfə demişəm, Avropa Şurası üçün ərazi bütövlüyü məsələsi həyati bir məsələdir. Bununla belə, zorakılıq heç vaxt cavab tərzi deyil və ola da bilməz. Hazırda danışıqlar gedir. Bəziləri deyirlər ki, biz bu danışıqlarda iştirak edə bilmərik, siz bu işə qarışmayın. Amma onu da deyim ki, bu münaqişə bizim təşkilatın iki üzvü arasında gedir və biz dialoq yolu ilə bu məsələnin həllini tapmalıyıq. Biz burada, AŞPA zalında hər iki tərəf arasında gərginliyin olduğunu müşahidə edirik və bu gərginliyin öhdəsindən gəlib onu aradan qaldırmalıyıq. AŞPA da ən azından bunun həll yolunu tapmağa çalışmalıdır. Çünki ilk növbədə bu regionun əhalisi əziyyət çəkir. Bu insanlar da Avropa Şurasının üzvləridir və onların da insan hüquqları müdafiə olunmalıdır».

Azərbaycanda parlament seçkiləri noyabrın 1-nə təyin olunub.

XS
SM
MD
LG