Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:26

Rus televiziyası erməni tarixçilərini lağa qoydu (video)


Xeops piramidası
Xeops piramidası

Erməni tarixçilərinin dediklərini Rus televiziyaları adətən nəinki şübhə altına almır, hətta bu fikirlərə tribuna verir.

Ona görə də erməni tarixçilərinə məhz Rusiyanın populyar televiziya kanalının və məşhur jurnalistinin cavab verməsi bir çoxları üçün gözlənilməz olub.

Rusiyanın RENTV televiziyasının aparıcısı İqor Prokopenko kinayə ilə erməni tarixçilərini lağa qoyub.

"Hərbi sirr" proqramında Prokopenko deyib:

"İnanmayacaqsınız, amma misirlilərə ehram tikməyi ermənilər öyrədib. Yazıq misirlilər! Musa yəhudiləri İsrailə aparandan sonra ermənilər də İngiltərəyə yola düşdülər. Bəli, düz anladınız, müasir ingilislər – qədim ermənilərdən törəyib. Mən zarafat etmirəm. Bunlar lətifə deyil, erməni tarixçilərindən sitatlarıdır."

Prokopenko davam edib ki, "İngilis tarixçiləri biləndə ki, vikinqlər ermənilərdən törəyib, xeyli təəccübləndilər və hətta etirazlarını bildirdilər, ancaq artıq gec idi".

İqor Prokopenko Yerevanda Ermənistanın Milli Tarix muzeyindəki eksponatları göstərir və ironiya ilə bildirilir ki, bunlar əsasında Ermənistanın yaşının 500 min il olduğu iddia olunur.

Prokopenko deyir ki, sən demə, müasir sivilizasiya Şumerlərdən və ya Misirdən başlanmırmış. Erməni tarixçiləriləri əmindirlər ki, "Bəşəriyyətin beşiyi Ermənistandır".


XS
SM
MD
LG