Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:25

Şirin Abbasovun şikayətinə baxılacaq


Şirin Abbasov
Şirin Abbasov

-

Həftə ərzində MeydanTV-nin əməkdaşı Şirin Abbasovun həbsi ilə bağlı apellyasiya şikayətinə baxılacaq.

Bu haqda AzadlıqRadiosuna jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Elçin Sadıqov bildirib ki, vəkil kimi hələ də ona müdafiə etdiyi şəxslə görüşməyə icazə verilmir: «Hər dəfə deyirlər ki, olmaz. Bu, qanunsuzdur. Bundan başqa Şirin Abbasovu hələ də qanunsuz olaraq Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayırlar».

Vəkil həm görüşə icazə verilməməsi, həm də onun qanunsuz saxlanması haqqında hüquq-mühafizə orqanlarına müraciət edib.

MeydanTV-nin əməkdaşı Şirin Abbasova sentyabrın 16-da 30 sutka inzibati həbs cəzası verilib. Jurnalist polisə müqavimət göstərməkdə ittiham olunur.
Sentyabrın 3-də Şirin Abbasov Mingəçevir hadisələri ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində dindirilmişdi.

XS
SM
MD
LG