Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:35

Ekspert: «Gələn il iqtisadi artım mənfi də ola bilər»


Bakıda neft buruğu.
Bakıda neft buruğu.

-

Gələn il Ümumi Daxili Məhsulun (ÜDM) real artımı son 10 ildə ən az -1.8 faiz səviyyəsində (2011-ci ilin faktik artımını çıxmaqla) proqnozlaşdırılır. Hökumət qeyri-neft ÜDM-də 3.4 faizlik artım proqnozlaşdırsa da, neft sahəsində ÜDM-in azalmasını (1.7 faiz) gözləyir.

İQTİSADİ FƏALLIQ DA NEFTƏ BAĞLIDIR

İqtisadçı-ekspert Azər Mehtiyev deyir ki, Azərbaycanda iqtisadi artım neft hasilatını çoxaltmaqdan və satışın yüksək bazar qiymətlərindən qaynaqlanırdı: «Böyük neft gəlirlərinin bir hissəsi dövlət xərcləmələri (büdcə və Neft Fondu, habelə başqa fondlar) vasitəsilə iqtisadiyyata yönəlirdi ki, bu da iqtisadi fəallığı artırırdı. Neft gəliri azalınca, iqtisadi artımın azalması qaçılmaz oldu. Hətta gələn il iqtisadi artım mənfi də ola bilər».

«CİDDİ İSLAHATLARA BAŞLAMAQ VACİBDİR»

Azər Mehtiyev bildirir ki, iqtisadi artıma təminatlı mühit yaratmaq üçün idxal-ixracdan tutmuş bütün iqtisadi fəaliyyət sahələrində inhisarçılığı təcili aradan qaldırmaq, gömrük prosedurlarını sadələşdirmək lazımdır. Ekspertin fikrincə, işadamı və sahibkarlara qarşı vergi və digər qurumların total basqısına, dövlət xərcləmələrindəki israfçılığa son verilməli, səmərəliliyə xüsusi diqqət yetirilməlidir.Azər Mehtiyev büdcənin yönəldilməsindən dövlət xərcləmələrinədək bütün sahələrdə ciddi islahatlara başlamağın vacibliyini vurğulayır.

Son 10 ildə qeydə alınan iqtisadi artımlar:

2004 — 10.2%

2005 — 26.4%

2006 — 34.5%

2007 — 25%

2008 — 10.8%

2009 — 9.3%

2010 — 5%

2011 — 0.1%

2012 — 2.2%

2013 — 5.8%

2014 — 2.8%

XS
SM
MD
LG