Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:31

"İlham Əliyev məsələnin həllini öz üzərinə götürdü"


Clare Short
Clare Short

-

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) rəhbəri oktyabrın 8-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

Bu ilin əvvəlində Azərbaycanın bu qurumda statusu tamhüquqlu üzvlükdən müvəqqəti üzvlüyə salınıb. Buna Koalisiyanın vətəndaş cəmiyyəti fəallarının MSŞT prosesində iştirakıyla bağlı dərin narahatlığı səbəb olub.

PREZİDENT BOYUN OLUB

MSŞT-dan AzadlıqRadiosuna verilən məlumata görə, qurumun rəhbəri Clare Short prezident Əliyevlə Bakıya səfəri zamanı görüşüb. Görüşdə məqsəd Azərbaycanın MSŞT öhdəliklərini müzakirə etmək olub.

Clare Short həmçinin Azərbaycanın MSŞT qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) üzrə QHT Koalisiyasının üzvləri ilə görüşüb.

Prezidentlə görüşdən sonra Clare Short deyib:

«Prezident MSŞT İdarə Heyətinin vətəndaş cəmiyyətinin iştirakıyla bağlı qaldırdığı məsələlərin həllini üzərinə götürdü. Azərbaycanın bu öhdəliyini necə yerinə yetirməsi 2016-cə ilin aprelində, Azərbaycanın növbəti MSŞT hesabatından sonra dəyərləndiriləcək. Hökumətlə birlikdə bu məsələlər üzərində işləməyi səbirsizliklə gözləyirik».

İKİ YOL VAR

Aprelin 15-də MSŞT Azərbaycanın statusunu qurumun tələblərini pozduğuna görə salıb. MSŞT bildirir ki, Azərbaycan gələn il aprelin 15-dək MSŞT İdarə Heyətinin istədiyi düzəlişləri yerinə yetirsə, əvvəlki tamhüquqlu üzv statusunu yenidən əldə edə bilər. Əks halda, ya koalisiyada fəaliyyəti bir müddət dayandırılacaq, ya da statusunu itirəcək.

Bu ilin iyulunda Azərbaycan 2013-cü il hesabatını yayaraq ilk dəfə ayrı-ayrı şirkətlərin etdiyi ödənişləri açıqlayıb.

MSŞT hökumətlərin, şirkətlərin, vətəndaş cəmiyyəti qruplarının, investorların və beynəlxalq təşkilatların koalisiyasıdır. Hazırda 48 ölkə MSŞT standartını tətbiq edir, onlar ya tamhüquqlu, ya da müvəqqəti üzvlər kimi tanınıblar.

XS
SM
MD
LG