Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:26

Polis hipsterlər ilə İŞİD-çiləri qarışıq saldı- [video]


Klubun üzvü Andreas Fransson
Klubun üzvü Andreas Fransson

-

İsveç polisi öz klublarının qara bayrağı ilə şəkil çəkdirmək istəyən hipsterləri «İslam Dövləti» qruplaşmasının yaraqlılarıyla səhv salıb.

Bu barədə klubun üzvü Andreas Fransson öz şəxsi «Facebook» hesabında yazıb.

Andreas Fransson oktyabrın 10-da İsveçin cənubunda yerləşən Brahehus qəsrinin xarabalıqlarında yoldaşlarıyla görüşərkən iki polis peyda olub. Məsələnin nə yerdə olduğunu anlayan polis əməkdaşları ürəkdən gülüb və elə üzlərində təbəssümlə maşınlarına minib gediblər.

«Saqqallı mənfurlar» təşkilatından olan Fransson deyir ki, bir sürücü polisə «İslam Dövləti» yaraqlılarına bənzəyən insanların yığışdığı barədə xəbər verib. Klubun qara bayrağı üzərində iki çarpaz qılıncın olması onu asanlıqla silahlı qrupla səhv salmağa əsas verir:

«Bizim klub ABŞ-da yaradılan «Saqqallı Yaramazlar» assosiasiyasının bir hissəsidir. Bu assosiasiya bütün dünyada ədalətsizliyə, homofobiyaya, irqçiliyə və təqiblərə qarşı mübarizə aparır. Bu qara bayraq dünyada klubdan kluba keçir. Bizim «İslam Dövləti» ilə səhv salınmamız çox gülməli idi. Amma bizim kimi xeyirxah təşkilatın terrorçu təşkilatla səhv salınması həm də utancverici hal idi», -deyir Fransson.

XS
SM
MD
LG