Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:41

“Azəryolservis”in qarşısında aksiya


Fəhlələr etiraz edir
Gözlə
Embed

No media source currently available

0:00 0:02:01 0:00

Fəhlələr etiraz edir

►Oktyabrın 13-də “Azərinşaatservis” MMC şirkətinin Dərnəgüldəki ofisinin qarşısında maaşların verilməsi tələbi ilə aksiya keçirilib.

Amma onları qəbul edən olmadığından fəhlələr “Azəryolservis”ə üz tutublar.

“Azəryolservis” ASCnin sözçüsü Anar Nəcəfli AzadlıqRadiosuna etirazçılardan bir neçəsinin qəbul edildiyini və onlara müəyyən tövsiyələr verildiyini bildirib.

Amma o deyib ki,“Azəryolservis” burda sadəcə sifarişçidir və bu sifarişlərə uyğun olaraq müəyyən layihələr həyata keçirir:

““Azərinşaatservis” də podratçı şirkət olaraq bizim müəyyən sifarişlərimizi yerinə yetirir. Biz isə bu sifarişlərə uyğun olaraq ““Azərinşaatservis”ə vaxtında ödənişlər eləmişik və burda heç bir problem yoxdur. Buna görə də ““Azərinşaatservis”in işçilərinin maaaş ala bilməməsi bizimlə bağlı deyil. Amma buna baxmayaraq həmin şirkətin işçiləri bizim idarə tərəfindən qəbul olundu, onlara müəyyən kömək vəd edildi və biz tərəfdən bu barədə aidiyəti qurumlara məlumat veriləcək”.

Buna da bax: Ukraynanın yeni polisi- [Fotolar]

Anar Nəcəfli bir daha bildirib ki,“Azəryolservis” bu sahədə üzərinə götürdüyü bütün öhtəlikləri yerinə yetirib və maaşların verilməməsinin onlara heç bir aidiyyəti yoxdur.

XS
SM
MD
LG