Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:27

Eldar Mahmudovun oğlunun holdinqi


Anar Mahmudov
Anar Mahmudov

-

marja.az saytı yazır ki, 2006-cı ildən fəaliyyət göstərən «Caspian Crystal» şirkətlər qrupunun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova bağlı olduğu iş dünyasına yaxşı məlumdur. «Caspian Crystal» holdinqinin İdarə Heyətinin sədri Anar Eldar oğlu Mahmudovdur.

Marja-nın araşdırması nəticəsində məlum olub ki, «Caspian Crystal» bir neçə istiqamətdə ixtisaslaşıb – katerinq, qida, restoranlar və avtomobil satışı.

Şirkət dünyanın hər bir yerindən gətirilmiş eksklüziv şərablar və alkoqollu içkilər təklif edən ilk butikin – «Wine City»nin yaradıcısıdır. Hazırda Bakıda bu adla 2 butik fəaliyyət göstərir. «Caspian Crystal» 2008-ci ildən lüks qədəhlər istehsalçısı «Riedel Crystal» şirkətinin Azərbaycanda rəsmi distribütorudur. 2007-ci ildə şirkət öz ərzaq bazasını yaradıb və «Gastronomy» pərakəndə və topdansatış üzrə ilk mağazasını açıb.

Öz fəaliyyətinə restoran biznesi ilə başlayan «Caspian Crystal» - «Beluga», «Salvador Dali», «Lord», «VIP», «Velluto» və «Crystal Shikhovo» kimi dəbdəbəli restoranlar şəbəkəsi yaradıb.

Azərbaycanda «Range Rover», «Jaguar», «Maserati» avtomobillərinin və «Dicati» motosikletlərinin rəsmi distribütoru olan «Crystal Motors» şirkəti də «Caspian Crystal» holdinqə bağlıdır.

2013-cü il prezident seçkisi.
2013-cü il prezident seçkisi.

SEÇKİ NECƏ DƏFN EDİLDİ?

«Azadlıq» qəzeti yazır ki, parlament seçkiləri ilə bağlı hazırda hakimiyyətə yaxın 70-80 namizədin təbliğatı gedir:

«Mətbuatda əsasən YAP-ın və YAP-a yaxın olan namizədlərin təbliğatı aparılır. Küçələrdə adı siyahıya salınmış şəxslərin plakatları üstünlük təşkil edir. İstənilən ərazidən keçəndə, kimə «stavka» olunduğu, kimin sifarişinin verildiyi aydın görünür. Eyni dairənin ərazisində bir namizədin 3-4 plakatı, o biri namizədin isə 100-lərlə plakatını görürsən. Daha dəqiq araşdırma aparanda isə məlum olur ki, bu prosesə icra hakimiyyətlərinin, sahə müvəkkillərinin və digər səlahiyyət sahiblərinin «töhfə»si var. Yəni yuxarıdan gələn sifariş əsasında rejim namizədlərinin təbliğatı aparılır. Deməli, YAP-ın «rəqabətli seçki» təəssübkeşliyi sabun köpüyündən başqa bir şey deyilmiş».

Yeni doğulan körpə.
Yeni doğulan körpə.

BİZ SOSİAL DÖVLƏTİKSƏ, İSVEÇ NƏDİR?

«Bizim Yol» qəzeti yazır ki, Azərbaycanda yeni doğulan körpəyə görə müavinət 90, Ukraynada isə 1800-7140 dollar arasındadır.

«Rusiyada ikinci doğulan uşağa 250 min rubl, indiki məzənnə ilə 8000 dollara qədər vəsait verilir. Qazaxıstanda birdəfəlik müavinət təqribən 1000 dollara yaxındır və sonradan hər ay 3 yaşına qədər müavinət alınır. Hətta valideynlər işləyirsə, iş yerləri itirilməmək şərti ilə müavinət də ödənilir. Ukraynada ailədəki birinci uşağa görə ödənilən məbləğ 1800 dollar, ikinci uşağa görə 3750, üçüncü və ondan sonrakı uşaqlara görə 7140 dollar nəzərdə tutulur. Avropaya gəlincə, burada müavinətlər bizim üçün fantastika kimi görsənə bilər. Almaniyada hər bir uşağa 3 yaşınadək ayda 270 avro pul verilir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti sənədləşdirmək mümkündür. Fransada hətta uşaq dünyaya gəlməmiş ana uşağa görə müavinət alır. Britaniyada isə birdəfəlik yardım 500 funt sterlinqdir. Bəzi ərəb ölkələrində isə bu məbləğ düz 20 min dollardan başlayır».

İlham Əliyev.
İlham Əliyev.

İLHAM ƏLİYEV AZƏRBAYCANIN RİFAHI ÜÇÜN SƏFƏRBƏR OLUB

«Azərbaycan» qəzeti yazır: Prezident İlham Əliyevin son 10 ildə ölkəyə rəhbərliyinin ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycantam müstəqil siyasət yürüdən ölkədir:

«Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin təkmil siyasət məktəbində yetişmiş peşəkar diplomat kimi praqmatik, müasir lider imicinə malik olması, … respublikanı qısa zamanda Avropa məkanında nüfuzlu dövlətə çevirməsi onun həm daxildə, həm də ölkə hüdudlarından kənarda ciddi siyasi dəstək almasına zəmin yaratmışdır. Nüfuzlu beynəlxalq təşkilatlar və mərkəzlər, keçirilən rəy sorğularının nəticələri Azərbaycanda seçkiqabağı situasiyanı yüksək qiymətləndirir və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin düzgün yolla inkişaf etdiyini bildirirlər».

XS
SM
MD
LG