Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:30

MTN-in bir neçə zabiti işdən çıxarılıb


Mədət Quliyev
Mədət Quliyev

Milli Təhlükəsizlik Nazirliyinin yeni rəhbəri Mədət Quliyev oktyabrın 22-də bir qrup yüksək vəzifəli zabiti işdən çıxarıb. Onların arasında 4 general, 5 polkovnik və podpolkovnik var.

Bu barədə Turan hüquq-mühafizə orqanlarına istinadla xəbər verir.

Həmin şəxslər MTN Mərkəzi Aparatında bir sıra aparıcı idarə və qurumlar, rayon şöbələri və hərbi hissələrin rəhbərləridir.

Qeyd edək ki, bundan əvvəl Baş Prokurorluğun göstərişi ilə MTN-in 7 zabiti həbs edilib.

Onlar sui-istifadə və vəzifə səlahiyyətini aşmaq, sahibkarların işinə müdaxilə və digər əməllərdə ittiham olunurlar.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bunlar MTN Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, MTN Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovdur.

Saxlanılan şəxslər artıq Bakı istintaq Təcridxanasına köçürülüblər.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

XS
SM
MD
LG