Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:44

Əmanətlər aramsız azalır


manat/dollar
manat/dollar

-

Banklardakı şəxsi əmanətlərin azalması davam edir. Sentyabrda əmanətlərin miqdarıavqusta müqayisədə 8.5 milyon manat azalıb. Manatla əmanətlər bütövlükdə 70.1 milyon azalsa da, xarici valyutada saxlanan əmanətlər 61.6 milyon manat artıb.

Bank məsələləri eksperti Əkrəm Həsənov devalvasiyasonrası meylin dəyişmədiyinə diqqət çəkir: «Əmanətlərinbütövlükdə həcmi azalır. Eyni zamanda əmanətlərini dollarda saxlamaq istəyənlər çoxalır. Bu, daha bir devalvasiya gözləntisi ilə bağlıdır. Deyək ki, kiminsə manat əmanətinin müddəti sentyabrda bitir. O, banka gəlir ,əmanətini və faizləri götürür, sonra da həmin məbləğin bir qismini dollara çevirərək yenidən banka yatırır».

ƏMANƏTLƏRİN ÜMUMİ HƏCMİ NİYƏ AZALIR?

Ekspert bunun səbəbinibank sisteminə güvənin azalmasında görür: «Əmanətlərin batmasından qorxurlar. Buna əsasları var. Problemli kreditlərinsürətlə artımı əmanətlərə təhlükəni çoxaldır. Digər tərəfdən, Mərkəzi Bank banklara tələblərini yumşaldır, faktik olaraq, onları başlı-başına buraxır. «Bank of Azərbaycan» və «Texnikabank» artıq xeyli müddətdir əmanətləri qaytarmır. Bu da təşvişi artırır».

«ƏMANƏTİN SIĞORTALANMASINA BEL BAĞLAMAQ OLMAZ»

Ekspert xatırladır ki, qanunun tələbinə zidd olaraq, bankların böyük əksəriyyəti maliyyə hesabatlarını dərc etmir: «Deməli, vəziyyətləri ağırdır və bunu gizlədirlər. Həm də artıq çoxları bilir ki, Əmanətlərin Sığortalanması Fondu dövlət qurumu deyil və müflis olsa, dövlət əmanətlərə görə məsul deyil. Yəni bu əmanətlərin sığortalanmasına da bel bağlamaq olmaz. Əslində, belə şəraitdə əmanətləri hələ də banklara etibar etməyin özü anormaldır. Düzdür, bunun da bəlli səbəbləri var. Əvvəla, qeyd etdiyim amilləri maliyyə savadının yetərsizliyindən əhali tam anlamır. Digər tərəfdən, əhali bilmir ki, pulunu hara yerləşdirsin. Daha daşınmaz əmlaka yerləşdirmir, çünki onun qiymətinin düşəcəyini bilir. Pulun hamısını evdə saxlamaq da təhlükəlidir. Bu üzdən bir qismini banka qoyaraq, bir növ diversifikasiya edir, yəni şaxələndirir, bəziləri də xaricdə mülk alır.Bilməliyik ki, əmanətlərin əriməsi və dollarlaşması uzunmüddətli prosesdir və bank sisteminə böyük təhlükə törədir».

XS
SM
MD
LG