Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:54

ÜDM-in hansı artımı önəmlidir – real, yoxsa nominal?


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Cənubi Qafqaz ölkələri (Azərbaycan, Ermənistan və Gürcüstan) regional iqtisadiyyat və təhlükəsizlik problemlərinin təsirinə məruz qalsalar da, bu ölkələrdə iqtisadi artım davam edir.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ən son iqtisadi proqnozunda belə deyilir.AYİB-in proqnozuna görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 3.7%, neftdənkənar sektorda ÜDM isə 6.4% artıb (APA).

Ancaq Mərkəzi Bankın açıqladığı rəqəmlər ÜDM-in real artımını göstərsə də, nominal ifadədə azaldığını bildirir. Ötən ilin 9 ayında 44 milyard 145.4 milyon manat, bu ilin müvafiq dövründə 40 milyard 678.4 milyon manat ÜDM istehsal olunub. Başqa sözlə, 3 milyard 467 milyon manatlıq bir azalma var.

REAL ARTIM NƏ DƏRƏCƏDƏ REALDIR?

Azərbaycan iqtisadiyyatı, əsasən, neftə söykəndiyindən, ÜDM-in real artımı da şübhəli görünür.

2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda, qaz kondensatı da daxil, neft hasilatı 31 milyon 422.3 min ton olub. Bu, 2014-cü ilin eyni dövründən 2.3% azdır. Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir. Yanvar-sentyabr aylarında 21 milyard 675.6 milyon kubmetr qaz hasil olunub (azalma 4.4%).

Hökumətin proqnozlarına görə, bu il Azərbaycanda neft hasilatı 41 milyon 234 min ton, qaz hasilatı 30 milyard 110 milyon kubmetr olacaq.

Ötən il ölkədə 41.9 milyon ton neft, 29 milyard 615.3 milyon kubmetr qaz istehsal edilib.

XS
SM
MD
LG