Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:29

Sürücülərin kütləvi etirazı


►Rusiyada sürücülər magistral yollarda hərəkətə görə ödənişə etiraz edirlər

Rusiyanın baş naziri Dmitri Medvedev iritonnajlı yük maşınlarının federal yollarda hərəkətin hər kilometrinə görə 1.53 rubl (2.5 qəpik) ödəməsi barədə qərar imzalayıb. Qərar oktyabrın 15-dən qüvvəyə minməlidir. Bu tarif fevraldan etibarən 3,06 rubla qədər (5 qəpik) artırılacaq.

Bildirilir ki, ödənişin tətbiqi iri yük maşınlarının zədələdiyi yolların təmirinə sərf ediləcək xüsusi fond yaratmağa imkan verəcək.

Bu qərardan narazı olan iritonnajlı yük maşınlarının sürücüləri etiraz aksiyası təşkil ediblər. Bütün ölkə ərazisində keçən tətil aksiyasına demək olar ki, 20 şəhər qoşulub. Düz bir saat ərzində iritonnajlı yük maşınları yolların qırağına düzülərək minimal sürətlə hərəkət ediblər. Onlar təcili yardım və milis maşınlarına yol vermək üçün yolun sağ hissəsinə qısılıblar.

Novosibirsk yaxınlığında federal yolda 300-dən çox yük maşını yolun hər iki kənarı boyu bir kilometrə qədər məsafəni tutub.

Park olunmuş maşınların kabinlərində üzərində ödəmələrin tətbiqinə qarşı şüarlar yazılmış plakatlar yapışdırılıb. Ödənişlər noyabrın 5-dən etibarən tətbiq olunacaq. 12 tonluq avtobobillər federal yolların hər kilometrində hərəkət müqabilində 3,73 rubl ödəməli olacaq.

Buna da bax: Rusiya Ermənistanla birgə havadan müdafiə sistemi qurur

Belqorod, Tomsk və Ulyanovsk vilayətlərində, Perm diyarında və Kareliyada da etiraz aksiyaları keçirilib. Sürücülər ödəniş barədə qərarın ləğv edilməsini tələb edərək əks halda noyabrın 15-də işə çıxmayacaqlarını bildiriblər.

Rostov vilayətində 60-dək iri yük maşını yol kənarına düzlüb. "OMON" əməkdaşları sürücülərin tətilinin qanunsuz olduğunu deyərək etirazçıları dağıtmağa çalışıb.

Etiraz aksiyası nəticəsində Rostov vilayətində onlarla kilometrədək uzanan tıxaclar yaranıb. Minik maşınlarını sürənlər yollardakı bu çətinlikdən narazı olsalar da, yük maşını sürücülərinin əksəriyyəti həmkarlarının aksiyasını dəstəkləyiblər.

XS
SM
MD
LG