Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:01

Böyük yazıçılara təsir etmiş yazıçılar


F.Kafkarnın əlyazması
F.Kafkarnın əlyazması

- Marquez'in həyatında Kafkanın rolu

"Kitab içimizdəki buz dənizi üçün çəkic olmalıdır" - bu məşhur cümlə yazıçı Franz Kafkanın öz dostu Oskar Pollak'a məktubundandır.

Kafkanın "Çevrilmə" əsəri G.G.Marquez üçün belə bir çəkic olub.

Marquez yazır ki, bu kitabı oxuyanda yazıçı olmaq istədiyini anlayıb. Əvvəllər kitabları yuxulamaq üçün oxuyarmış, bu kitabı oxuyanda isə yuxusu qaçıb, səhəri günsə yazmağa başlayıb.

“Franz Kafkanın bu əsəri... ilk cümləsindən mənim yeni həyat yolumu təyin etdi. Səhəri gün makinanın arxasına keçdim, bu əsərə bənzər bir şey yazmağa girişdim. Bir həftə universitetə getmədim, qorxdum ki, sehr dağılar...”

A.Einstein'in həyatında David Hume'un rolu

A.Einstein
A.Einstein

İngilis filosofu Devid Yumun “İnsan təbiəti haqda traktat”ı 3 kitabdan ibarətdir: “İdrak haqda”, “Affektlər haqda”, “Mənəviyyat haqda”.

Alim və yazıçı Eynşteyn dəfələrlə bu kitabın onun həyatında böyük rol oynaması haqda danışıb. Hətta Nisbilik nəzəriyyəsini bu kitabın ona vurduğu təkanla yazdığını deyib.

Bu kitabın onun ənənəvi məkan və zaman anlayışlarından qaçmasına və öz nəzəriyyəsinin əsas postulatlarını yazmasına yardımçı olduğunu söyləyib.

“Bu traktatdakı üç fəlsəfi əsəri oxumasaydım, gəldiyim nəticələrə gələ bilməzdim” – Eynşteyn deyib.

İ.Brodskinin həyatında şair W.Auden'in rolu

İ.Brodski
İ.Brodski

İosif Brodskiyə bu şairin təsiri də ədəbiyyatın sevimli müzakirə mövzularındandır.

Brodskiyə bir dəfə ingilis poeziyası antologiyası bağışlayırlar. Lüğətlə şeirləri oxuyanda o, W.Auden şeirlərinə rast gəlir.

“Yadıma gəlir ki, balaca köşkdə oturmuşdum. İllüminator boyda, amma dördkünc pəncərədən nəm cığıra baxırdım o kitabı oxuyanda...

Oden mənim üçün mayak və əsas şair oldu. Xaricə çıxan kimi ilk gördüyüm iş onun evinə qonaq getmək oldu”.

Hemingway üçün Tolstoy

E.Hemingway
E.Hemingway

Heminquey onun yaradıcılığına ən çox Lev Tolstoyun “Hərb və Süllh” romanının təsir etdiyini deyib.

Onun səmimiliyi, kəskinliyindən təsirləndiyini deyən Heminquey öz romanlarında da buna nail olmağa çalışıb:

"Onun təsirilə mən də mənəvi problemlərlə məşğul oldum və həyatın mənasını axtardım.”

“Tolstoydan sonra cənab Turgenevi sevdim. Sonra di Mopassanı. Sonra Stendalı – onunla heç-heçə oynadım, hərçənd, son raundda bir-sıfır uddum. Amma heç vəchlə Tolstoy əleyhinə rinqə çıxmaram.”

Bulqakova Pyotr Furmanın təsiri

M.Bulqakov
M.Bulqakov

Bugün unudulmuş yazıçı, jurnalist Pyotr Furmanın kitabları Bulqakovlar ailəsinin sevimli kitabları olub.

Bulqakovun ən çox sevdiyi əsər Furmanın "Saardinskiy Plotnik" tarixi povesti olub.

Mixail Bulqakov “Ağ qvardiya” kitabında Pyotr Furmanın bu kitabına olan sevgisindən söz açır, ondan ailəni, ailə ocağını yazmağı öyrəndiyini deyir.

XS
SM
MD
LG