Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:33

Ağdaşda seçkinin nəticələri ləğv edildi


►Bu dairədə Çingiz Əsədullayev qalib elan edilmişdi...

Noyabrın 17-də Mərkəzi Seçki Komissiyasının iclasında 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələri ləğv edilib.

APA-nın məlumatına görə, MSK-ya müraciət edən namizədlər İlqar Vəliyev Qalib Qarayev seçkinin nəticələrinin ləğv edilməsini xahiş ediblər.

Çingiz Əsədullayev
Çingiz Əsədullayev

MSK üzvü Ramiz İbrahimov deyib ki, şikayətdə bu dairədəki məntəqələrdə səsvermə günü ciddi pozuntulara yol verildiyi qeyd edilib:

“Bu dairədə bir sıra seçki məntəqələri bələdiyyə binalarında yerləşir. Şikayətdə bildirilir ki, bəzi bələdiyyə sədrləri və icra nümayəndələri səsvermə günü seçkiyə müdaxilə ediblər. Biz protokollara baxış keçirmişik, 3 saylı məntəqədə səslərin sayına sonradan düzəliş edilib. 5 saylı məntəqədə də səslərin göstərilməsində balans pozulur. 7 saylı məntəqədə də səs verənlərin sayı ilə seçki qutusundan çıxan səslərin sayında fərq mövcuddur. 12 saylı, 9 saylı seçki məntəqələrində də belə hallara rast gəlinir. Ümumilikdə seçki məntəqələrindən 17-də belə ciddi problem var ”.

Buna da bax: İran səfiri qalmaqallı veriliş haqda: "Yumor xoş deyildi"

MSK 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

Yada salaq ki, 90 saylı Ağdaş Seçki Dairəsində lider namizəd bitərəf, IV çağırış Milli Məclisin deputatı Çingiz Əsədullayev idi.

XS
SM
MD
LG