Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:32

Müharibə əlili: «Cana doymuşam»


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

«Uzun illərdir ki, azyaşlı övladlarımla qeyri-yaşayış sahəsinə sığınmışdım. Aylıq kirayə haqqını ödəyə bilmədim. Yayın əvvəli qaldığımız yerdən çıxarıldıq. Bir mağazanın zirzəmisinə sığınmışıq. Çətin günlər yaşayırıq».

«ÇÖRƏK TAPANDA YEYİRİK»

AzadlıqRadiosunun «Qaynar xətt»inə Qarabağ əlili Nizami Fərəcov müraciət edib. O, ailəsinin düşdüyü çətin durumdan danışır. Deyir, imkansızlıqdan övladlarını qidayla təmin edə, məktəbə göndərə bilmir. Azyaşlı qızı Mədinə şəraitsizlikdən revmatizm xəstəliyi tapıb. Müalicəsinə pul yoxdur:

«Laçın uğrunda döyüşlərdə əlil olmuşam. Özüm də, həyat yoldaşım da köçkünük. İki övladım var, biri gözdən əlildir. O biri də revmatizm xəstəliyinə tutulub.Özüm müharibədə 2-ci qrup əlil olmuşam, bu yaxınlarda keçirdiyim qəza nəticəsində sağlamlığımın qalan hissəsini də itirdiyimdən 1-ci qrup əlilə çevrilmişəm. Əmək qabiliyyətim yoxdur. Yoldaşım və iki xəstə övladımdan başqa heç nəyim yoxdur. Ev-eşiksizik. Çörək tapanda yeyirik, tapmayanda ac-susuz yıxılıb yatırıq. Hara qədər bu şəkildə sürünəcəyik, bilmirik. Mən övladlarımın nəinki gələcəyini qura, heç onların dərmanlarını ala bilmirəm».

15 İLDİR EV NÖVBƏSİNDƏDİR

Şikayətçi deyir, 15 ildir ki, ev növbəsindədir. Əlillər və şəhid ailələri üçün tikilən mənzillərin bölgüsü bir əlil kimi onu qane etmir. 15 ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Nərimanov rayon İcra Hakimiyyəti ailə vəziyyətini, sağlamlıq durumunu və yaşayış şəraitini nəzərə almır. Respublika Tibbi Sosial Ekspert Komissiyası onu get-gələ salıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən «Qaynar xətt»ə bildiriblər ki, müharibə əlilləri və şəhid ailələri üçün tikilən binalardakı mənzillər növbəli qaydada paylanır. Bununla belə, nazirlikdən Nizami Fərəcovun müraciət etməsini məsləhət gördülər və probleminin araşdırılacağını bildirdilər.

XS
SM
MD
LG