Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:47

Nardaranlılar niyə meydanda qalırlar?- [fotolar]

Bakının Nardaran kəndinə getmək üçün iki postu ötməlisən.

Birində hüquq-mühafizə orqanlarıdı, o birində kənd camaatı. Hər kəs yoxlanılır, kəndə niyə getdiyinlə maraqlanırlar.Səbəb isə noyabrın 26-da Nardaranda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı 15-dək şəxs, o cümlədən “Müsəlman birliyi” Hərəkatının başçısı Taleh Bağırzadə həbs edildiyinə görə kənd camaatının İmam Hüseyn meydanına toplaşaraq etiraz etməsidir.

Nardaran ağsaqqalı Məşədi Natiq Kərimov:

“Versinlər cənazələri, dəfn eləyək. Sonra başqa məsələləri həll edək. Biz danışıqdan qaçan adam deyilik. Deməyə sözümüz, danışmağa dilimiz də var. Birinci xahiş budur ki, meyitlər verilsin. Nə etmək istəyirlər? Qoşun yeritmək istəyirlər? Qan istəyirlər?”

Məşədi Natiq Kərimov hesab edir ki, Tale Bağırzadənin həbsi də qanunsuzdur. Onun sözlərinə görə, meydana toplaşanların radikallar deyil, sadəcə, dindar insanlardır.

Nardarandan çəkilmiş bütün videolara burdan bax

Fotoreportyor Famil Mahmudbəyli bugün Nardaranda olub. Onun çəkdiyi fotoları təqdim edirik:

Davamı

Bölmələr

XS
SM
MD
LG