Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:44

Həbsxanaya telefon, narkotik keçirən pilotsizlar


Arxiv fotosu: kiçik pilotsuz uçan aparat
Arxiv fotosu: kiçik pilotsuz uçan aparat


ABŞ həbsxanaları “dron” problem yaşayır

ABŞ həbsxanaları “dron”larla – uzaqdan yönəldilən pilotsuz xırda təyyarələrlə problem yaşayır. Yanğınsöndürənlər və öz evində dincəlmək istəyənlər də eyni problemlə üzləşirlər.

Nəzarətçilər Cənubi Karolinada - islah müəssisələrinin birindəki kamerada 17 qanunsuz mobil telefon tapıblar. “Nyu-York Times”ın yazdığına görə, bu telefonlar həbsxanaya dronlarla daşınıb.

Ohayo ştatındakı bir həbsxanada dronun keçirdiyi tütün və narkotik həbsxana həyətində, az qala, üsyan doğurub.

“DRON"U GÖRMƏKDƏN DAHA ÇƏTİNİ...

Mərilənd ştatında isə zabitlərin bəxti gətirib: onların ştat həbsxanasının kənarında yaxaladığı iki kişinin avtomobilində tütün, pornoqrafiya, narkotik və dron tapılıb.

Oklahoma və Corcia ştatlarında da bənzər olaylar qeydə alınıb. Ancaq problem təkcə ABŞ-a xas deyil, Kanada və Rusiyadan da belə xəbərlər gəlir.
İş burasındadır ki, pilotsuz yönəldilən hava sistemləri qaçaqmalı həbsxana divarlarından içəri keçirə bilir. Dronu görməyin çətinliyi öz yerində, ona nəzarət edəni tapmaq daha çətindir.

arxiv foto
arxiv foto

Federal həbsxanalarda problemin həllinə gəlincə, ABŞ Həbsxanalar Bürosunun əli də, qolu da bağlıdır. Həbsxanaların hamısında uyğun silahla təchiz edilmiş keşikçi olsa da, yaxınlıqda peyda olan hər hansı dronu vurub yerə salmağa onların ixtiyarı yoxdur - Federal Aviasiya İdarəsi buna icazə vermir.

Həbsxana nəzarətçiləri dronların nəzarət siqnallarını heç bir radio dalğasıyla sıradan çıxara bilmirlər. Niyəsi də odur ki, Federal Rabitə Kommissiyası belə müdaxilələri qanunsuz sayır.

HƏBSXANALAR BÜROOSU ÇIXIŞ YOLU AXTARIR

Bu üzdən Həbsxanalar Bürosu problemdən çıxış yolu tapmaq üçün müxtəlif fikirləri gözdən keçirir. Büro müvafiq dövlət qurumlarına “Məlumat üçün müraciət” də göndərib.

Büro yalnız federal həbsxanalara cavabdeh olsa da, onun tapacağı çıxış yolu daha sonra həm ştat həbsxanalarında, həm də yerli məhbəslərdə tətbiq ediləcək

Hələ ki, federal hökumət agentliklərinin heç bir köməyi dəymir. Onlar ən müxtəlif səbəblərdən məsələni müzakirəyə də çıxarmırlar. Ümumiyyətlə, Həbsxanalar Bürosunun müraciəti maraqla qarşılanmayıb.

Düzdür, agentlik tam çarəsiz də deyil, axı qanun buraxılan və yaxınlaşan dronlardan keşikçiləri xəbərdar edəcək sensorların qurulmasını yasaqlamır. Deməli, mühafizəçilər dronun buraxıldığı məkanı tapa və bu işdə barmağı olanları həbs edə bilərlər.

Üstəlik, həbsxana ərazisinə dronun göndərilməsi həm federal, həm də ştat qanunlarının pozulması deməkdir.

ÇIXIŞ YOLU VAR, AMMA...

Dünyada dron müdaxilələri problemi ilə məşğul olan şirkətlər var. Onlardan biri Almaniyanın “

arxiv foto
arxiv foto

” şirkətidir. Bu şirkət həbsxanalara sensor və səs siqnallarının kombinasiyası olan antidron sistemləri satır.

Battelle İnstitutu isə radio dalğalarını drona sarı yönəltməklə onu sıradan çıxaran qurğu hazırlayıb. Bu, yuxarıda deyildiyi kimi, Federal Rabitə Komissiyasının qaydalarına zidd olsa da, qurumun sözçüsü Katy Delaney deyir ki, həmin texnologiya bəzi federal idarələrdə işlədilə bilər. O da var ki, Battelle İnstitutu, hələlik, nə məhsulunu, nə də bu məhsula dair məlumatı təqdim edir.

Daha bir çıxış yolu Federal Aviasiya Administrasiyasının (FAA) qaçaqmal daşımağa qadir 250 qramdan ağır dronların qeydiyyatını tələb etməsi ola bilər. Bu halda dron sahibləri əks-əlaqə məlumatını FAA-ya təqdim etməli və dronun gözəçarpan yerinə qeydiyyat nömrəsi vurmalı olacaqlar.

XS
SM
MD
LG