Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:44

"L.Yunus beynəlxalq təzyiqin nəticəsində azadlığa çıxdı"


Leyla Yunus
Leyla Yunus

►“Xədicəylə bağlı da təzyiq var. Onu qazamata göndərənlər jurnalistə qalib gəldiklərini, onu sındırdıqlarını düşünürlər."

“Leyla Yunusdan sonra iki-üç adam da azadlığa buraxıla bilər. Məsələn, İntiqam Əliyev, Rəsul Cəfərov, Rauf Mirqədirov. Ancaq başqaları... Tutalım, Xədicə İsmayılın azad ediləcəyinə inanmıram”.

“Turan” informasiya agentliyinin redaktoru, siyasi şərhçi Şahin Hacıyev belə deyir.

Onun fikrincə, hakimiyyətin düz bir il əvvəl həbs etdiyi araşdırmaçı-jurnalist Xədicə İsmayıla münasibəti fərqlidir.

“Xədicəyə münasibət mənfidir. Leyla Yunus beynəlxalq təzyiqin nəticəsində həbsxanadan çıxdı. Bu yöndə ən yüksək səviyyədə, çox ciddi iş aparılırdı. Bu, onun nəticəsidir. Xədicəylə bağlı da təzyiq var. Onu qazamata göndərənlər jurnalistə qalib gəldiklərini, onu sındırdıqlarını düşünürlər. Ancaq o sınmayıb, əksinə daha güclüdür”, - söyləyir siyasi şərhçi.

O zaman belə sual yaranır: “Hakimiyyət Leyla Yunusu azadlığa buraxdısa, onunla bağlı istədiyinə nail ola bildimi?” Şahin Hacıyev deyir ki, məqsəd həbsə düşənləri maksimum incitmək, peşman etmək, mümkün qədər ağzını yummaqdır:

“Ancaq bu da var ki, vətəndaşı, siyasətçini, hüquq müdafiəçisini incitmək məqsədə nail olmaq deyil. Vətəndaşlar susarsa, qələbədən danışmaq olar. Ancaq mübarizə davam edir”.

Buna da bax: ​Heydərovlarla bağlı holdinq şişir​

"SURƏT HÜSEYNOV HEYDƏR ƏLİYEVİN MƏZARI ÖNÜNDƏ BAŞ ƏYDİ, İSGƏNDƏR HƏMİDOV DA"

Politoloq Zərdüşt Əlizadə hüquq müdafiəçisi Leyla Yunusun şərti də olsa azadlığa çıxmasını “yaxşı xəbər” adlandırır. Ancaq o da, Şahin Hacıyev kimi, digər məhbuslarla bağlı da oxşar qərar veriləcəyinə inanmır. O, AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya qarşı irəli sürülən ittihamları yada salaraq deyir:

- Hakimiyyətin son addımları da göstərir ki, o, öz işindədir. Leyla xanımla bağlı qərara gəlincə, ola bilsin, istədiklərinə nail olandan sonra güzəştə getmək qərarına gəldilər.

- Nəyə nail ola bildilər ki, sizcə?

- Onu hadisələr göstərəcək. Hər dəfə hökumətin cəza maşınına düşən adamların davranışından görmək olur məqsəd nəydi. Məsələn, Surət Hüseynov çıxdı Heydər Əliyevin məzarı önündə baş əydi, İsgəndər Həmidov baş əydi, olub da bu cür hallar... Bəziləri hətta siyasətdən getdi, bəziləri mühacirətə yollandı, bəziləri, sadəcə. susdu.

- Ancaq Leyla Yunus azadlığa çıxması haqda qərarı “fantastik” adlandırıb və jurnalistlərə deyib ki, “Pasternakı, Soljenitsını oxuyun”.

- Vəssalam da. Pasternak da, Soljenitsin da totalitar rejimə qarşı çıxıblar. Gözəl məsləhətdir...

Buna da bax: Leyla Yunusun ilk videogörüntüləri

“ÖZLƏRİ SİYASİ SƏHNƏDƏN GETMƏLİ OLDULAR”

Zərdüşt Əlizadə bir məqama diqqət çəkir:

“Hakimiyyət bu məsələdə dardüşüncəli kimi davranır. Ona elə gəlir ki, repressiya siyasəti çox gözəl nəticə verir, artıq cəmiyyətdə etiraz edənlərin səsi eşidilməz olub, qalanları da qorxub, qınına çəkilib. Etiraz dalğası görünmür. Fuad Qəhrəmanlını da sözlərinə görə saxlayıblar. 70 il hakimiyyətdə olan Kommunist Partiyası da xalqla mükaliməyə getməkdən çəkinirdi, onlar “rüşvətxorsunuz, satqınsınız” kimi sözlər eşitməkdən qorxurdular. Amma iş elə gətirdi ki, özləri siyasi səhnədən getməli oldular. İndiki Azərbaycan hakimiyyəti də sovet hakimiyyətindən heç nəylə fərqlənmir”, - bildirir politoloq.

Beynəlxalq qurumlar Azərbaycan hakimiyyətini ifadə, söz, toplaşmaq və başqa təməl azadlıqları boğmaqda, azad düşüncəliləri, onu tənqid edənləri həbs etməkdə günahlandırır. Vaxtaşırı hakimiyyəti siyasi baxışlarına görə həbs edilənləri azad etməyə çağırır.

Azərbaycan iqtidarı isə heç kimi siyasi baxışına görə təqib etmədiyini və ölkədə siyasi məhbus olmadığını bildirir.

"Özümü düşərgə tozu kimi hiss edirəm"
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

XS
SM
MD
LG