Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:50

İlham Əliyev: «Gələcək üçün böyük planlarımız var»


İlham Əliyev
İlham Əliyev

-

«Bizim enerji ehtiyatlarımız var və əlbəttə, bu ehtiyatlar bizə maliyyə ehtiyatları toplamağa imkan verir. Lakin neftin qiymətinin bir il ərzində, demək olar, üç dəfə aşağı düşməsi əlbəttə ki, bacarıqların nümayiş etdirilməsinin vaxtının yetişməsi deməkdir».

Çinə dövlət səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev dekabrın 11-də Renmin Universitetində çıxışında belə deyib.

«BU İL 4 FAİZ İQTİSADİ ARTIM GÖZLƏNİR»

Dövlət başçısının fikrincə, Azərbaycan yaxşı idarəçilik nümayiş etdirir.

«Neft istehsal edən ölkələr arasında Azərbaycan hələ də inkişaf etməkdə olan azsaylı ölkələrdəndir. Gəlirlərimizin əhəmiyyətli dərəcədə aşağı düşməsinə baxmayaraq, bu il təxminən 4 faiz iqtisadi artım gözlənilir. Buna da əsasən iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində nail olunub. Biz qapılarımızı sərmayələr üçün açmışıq və adambaşına düşən investisiya, birbaşa xarici sərmayələrin həcmi çox yüksək səviyyədədir. Sənaye sahələrini, infrastrukturu yaratmaq və sərmayədarları Azərbaycana dəvət etmək üçün öz vəsaitlərimizi investisiya etmişik. İqtisadiyyatın şaxələndirilməsi prosesinin uğurlu olması sübuta yetirildi», - prezident söyləyib.

«TƏHSİL BİZİM ÜÇÜN PRİORİTETDİR»

İlham Əliyev bildirib ki, Azərbaycanın gələcək üçün böyük planları var: «Məqsədimiz Azərbaycanı dünyanın inkişaf etmiş ölkəsinə çevirməkdir. Düşünürəm ki, bunun üçün yaxşı imkanlar mövcuddur.

Biz təhsilə böyük diqqət yetiririk. Çünki bu, hər bir ölkənin gələcəyidir. İqtisadiyyatı irəli aparan və ölkənin uğurunu nümayiş etdirən təbii ehtiyatlar yox, təhsil və əhalinin intellektual səviyyəsidir. Bu sahədə biz Çin ilə daha fəal şəkildə əməkdaşlıq aparmaq istəyirik. Qeyd etdiyim kimi, Renmin Universiteti ilə öz universitetlərimiz arasında daha da sıx əməkdaşlıq görmək istəyirəm. Çünki təhsil bizim üçün əsas prioritetlərdən biridir. Bizdə savadlılığın səviyyəsi demək olar ki, 100 faizdir. Bizim əsas məqsədimiz enerji ehtiyatlarının qiymətinin aşağı düşməsi ilə bağlı müvəqqəti çətinliklərə baxmayaraq, elə təhsil sisteminə malik olmaqdır ki, o, Azərbaycanın inkişaf etməsinə imkan yaratsın. Bizim əsas məqsədimiz iqtisadiyyatımızın çox güclü qeyri-neft sektorunu yaratmaq, texnologiyaları inkişaf etdirmək, təhsil və elmə sərmayə yatırmaq və insanlarımız üçün daha yaxşı həyat şəraiti yaratmaqdır».

XS
SM
MD
LG