Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:24

Azad Rəhimov: «Formula 1» yolları üçün 12 milyon manat xərclənəcək


Azad Rəhimov
Azad Rəhimov

-

2016-cı ildə Bakıda keçiriləcək «Formula 1» yarışması ilə bağlı yolların hazırlanması üçün aparılan işlərə 12 milyon manat xərclənməsi nəzərdə tutulub.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov dekabrın 18-də mətbuat konfransında deyib.

«Bu günə qədər «Formula 1» ilə bağlı əməliyyat şirkəti 5 milyon manat xərcləyib. Bu xərclər tədbirlərin, seminarların keçirilməsinə, əməliyyat xərclərinə, əmək haqlarının və digər xərclərin ödənilməsinə yönəlib», - nazir söyləyib.

A.Rəhimov deyib ki, yarış keçiriləcək ümumi tras 6 km olacaq: «Yarış maşınları 51 dəfə həmin trası yarış zamanı keçəcək. Həmin trasda 20 döngə var. Tras Bakının maraqlı yerlərindən keçir, o cümlədən dənizkənarı parkdan, İçərişəhər ətrafından keçəcək. Yarışlar zamanı maşınların sürəti 340 km qədər çatacaq və biz düşünürük ki, bu yarışı daha çox maraqlı edəcək».

Nazirin sözlərinə görə, 30 minə qədər bilet satılacaq. O, Azərbaycan vətəndaşları üçün 40 faizə qədər endirim ola biləcəyini deyib: «Çalışırıq ki, hamının biletləri əldə etmək imkanı olsun. Biletlərin satışı onlayn formada keçiriləcək».

A.Rəhimov bildirib ki, qarşıda bir sıra işlər qalır: «Məsələn, yol kənarına bordürlərin, setkaların quraşdırılması və s. Təxminən 3-4 aydan sonra yarışın büdcəsi tam formalaşacaq».

XS
SM
MD
LG