Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:48

Oqtay Əsədov: «ABŞ səfiri açıqlama versin ki...»


Oqtay Əsədov
Oqtay Əsədov

-

«ABŞ səfiri açıqlama versin ki, bu bəyanat ABŞ-ın rəsmi mövqeyidir, yoxsa hansısa bir konqresmenin?». Milli Məclisin sədri Oqtay Əsədov ABŞ Helsinki Komissiyasının sədri Chris Smith-in Konqresə təqdim etdiyi «Demokratiya aktı»na, Azərbaycanda vəzifəli şəxslərə sanksiya nəzərdə tutan qanun layihəsinə münasibət bildirərkən belə deyib.

APA-nın məlumatına görə, Milli Məclisin dekabrın 18-də keçirilən iclasında spiker deyib ki, qanun layihəsi Konqresdən keçməyəcək: «ABŞ Konqresində Azərbaycanın kifayət qədər dostu var. Bu qanun layihəsinin Konqresdən keçəcəyinə inanmıram».

Spiker bildirib ki, Chris Smith erməni lobbisinin fəallarındandır: «Bizdə bəzi media qurumları bunu şok xəbər kimi təqdim edir. Burda şok nə var ki? Təsəvvür edin ki, biz bir komissiya yaratmışıq. Kimsə də belə çıxış edib. O, adi deputatdır. ABŞ səfiri açıqlama versin ki, bu bəyanat ABŞ-ın rəsmi mövqeyidir, yoxsa hansısa bir konqresmenin?».

O.Əsədov mətbuata da müraciət edərək ABŞ-ın Azərbaycandakı səfirinə bununla bağlı suallar ünvanlamağa çağırıb.

«Demokratiya aktı» adlı qanun layihəsini hazırlayanlar hesab edir ki, Azərbaycanda ifadə azadlığı, seçki kimi insan haqları pozulur, ölkədə siyasi məhbus problemi var. Bu problemlər həll edilənə kimi Azərbaycanın vəzifəli şəxslərinə ABŞ-a səfərlərinə sanksiya qoyulmasını istəyirlər.

XS
SM
MD
LG