Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:33

Gənc sahibkara 21 dekabr «sürpriz»i


Dollar
Dollar

-

«Uzun zamandır ki, biznes fəaliyyəti ilə məşğulam. Ötən il vergi işçilərinin ofisimizə basqını və qanunsuz olaraq mənə yazdıqları cərimələrə qədər işlərim yolunda gedirdi. Hər tərəfli məhv olmaq üzrəydim. Bir neçə dostların sayəsində yenidən ayağa durmağı bacardım, çox şükür... Amma…».

PREZİDENTƏ ARXAYIN OLDU

Nicat Hüseynov gənc sahibkardır. Sahibi olduğu şirkət təşkilati və dizayn işləri ilə məşğul olur. Deyir, ötən il vergi orqanları tərəfindən maliyyə sanksiyalarına hədəf seçilmiş şirkətinə banklar biznes krediti vermədiyi üçün məcbur qalıb, investorlarla işbirliyi qurmalı olub. Bu ilin fevralında manatın devalvasiyasından sonra əlini işdən çəkmək istəyib. Ancaq prezidentin və Mərkəzi Bank rəhbərliyinin çıxışları onda sonrakı dövrlərdə manatın stabil qalacağına əminlik yaradıb:

«İnvestordan krediti dollarla götürdüm. Çünki dolların mövcud kursu bizə sərf edirdi. Bəzi iqtisadçı ekspertlər bunun risk olduğunu deyirdilər. Bir işadamı kimi bir tərəfimdə məndə əminlik yaradan prezidentim vardı, digər tərəfimdə heç də ürəkaçan olmayan proqnozlar verən iqtisadçılar... Seçim qarşısında mən birinciyə - prezidentimə inandım».

70 MİN DOLLAR BORCLANDI

Beləcə, seçimini edib. Bir işadamından 70 min ABŞ dolları həcmində kredit götürüb. Qısa zamandan sonra manat dollara qarşı dəyərini bir qədər də itirib. Ətrafdakı şirkətlərin gündən günə çökdüyünü görən gənc sahibkar çıxış yolunu daha çox işləməkdə görüb. Dekabrın 21-də səhər gözünü heç də yaxşı xəbərlə açmayan işadamı indi ikiqat borclanıb.

Gənc sahibkar: «Mərkəzi Bankın növbəti 90+3-də (futbol deyimi ilə ifadə etsək, oyuna əlavə olunmuş vaxtda-red.) açıqladığı qərarla manat yenə dollara qarşı dəyər itirdi. Bu isə hal- hazırda bizim ən azı (hələ faizləri qeyd etmirəm) 70 min ABŞ dolları itirməyimizin və real ziyana düşməyimizin müjdəsi demək idi. Hər kəsə aydındır ki, dollar dəyər qazanmayıb. Sadəcə, manat dəyər itirib. Bu isə ölkədəki bir çox şirkətlərin şah damarının kəsilməsi deməkdir. Şirkətim həddən artıq borclanıb. Bir çox şirkət sahiblərinin başına gələnlərin səsini bir azdan eşidəcəksiniz. Şəxsən mən nə edəcəyimi, hansı addımı atacağımı bilmirəm».

YENƏ PREZİDENTƏ ÜZ TUTDU

Gənc sahibkarın fikrincə, yanan da, yaman da sahibkarlar olacaq. Həm müflisləşən, həm də həbsə girən sahibkarların sayı durmadan artacaq:

«İndi siz deyin, bizi yalançı vədləri ilə bu duruma salanlar günahkardır, yoxsa tələyə düşən bizlər?.. Bizə yardım olmasa, batacağıq», - deyən sahibkar prezidentdən təcili addımlar atmasını tələb edir.

Dekabrın 21-də Azərbaycan manatı ABŞ dollarına qarşı 50 faizədək ucuzlaşıb. Sahibkarlar vəziyyətdən çıxış yolu axtarırlar.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube kanalından izləyin

XS
SM
MD
LG