Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:33

Günel Mövludun qardaşına cəza kəsildi


Günel Mövlud
Günel Mövlud

►"Nə xəstə, nə qoca, nə körpə bilirlər"

"Meydan TV"nin redaktoru, yazar Günel Mövludun həbsdə olan qardaşlarından biri - Vəkil İmanovun məhkəməsi başa çatıb.

Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik əldə etmə və ya saxlama) maddəsilə ittiham olunan Vəkil İmanov Biləsuvar Rayon Məhkəməsinin dekabrın 22-də çıxardığı hökmə əsasən, 1 il azadlıqdan məhrum edilib.

"Kiçik qardaşıma bir il iş veriblər. Bu, o deməkdir ki, onun öhdəsində olan bir şəkər, bir xərçəng xəstəsi valideynlərinə, 3 körpə uşağına düz bir il qazanc gətirən, qayğılarına qalan olmayacaq. Bu gün anamın halı pisləşib. Hakimiyyət valideynlərimi rəsmən ölümlə üz-üzə qoyub, qardaşlarımın uşaqlarını da məhrumiyyətlərlə. Bu, hakimiyyətimizin bir qadınla apardığı mübarizə yontəmidir. Nə xəstə, nə qoca, nə körpə bilirlər. Heç bir dəyər yoxdur", - deyə Günel Mövlud "Facebook" səhifəsində qardaşı barədə hökmə münasibət bildirib.

Buna da bax: Vəzifəli şəsxsin oğlu 6 nəfəri güllələdi

“GÖRÜNÜR, ONU ALDADIBLAR”

Vəkil İmanovun hüquqlarını Nemət Kərimli müdafiə edirdi. Lakin bir müddət əvvəl o, müəmmalı şəkildə vəkilindən imtina edib. Nemət Kərimli özü də AzadlıqRadiosuna açıqlamasında xəbəri təsdiqləyib. Onun fikrincə, Vəkil İmanov təzyiq altında bu addımı atıb:

"Müstəntiq məni istintaqa dəvət etmişdi, getdim, Vəkil İmanovun imtina ərizəsini təqdim etdi. İzah elədim ki, o, yalnız mənim özümün iştirakımla imtina edə bilər, əks halda, qanunsuzdur. Onunla görüşümə imkan verilmədi ki, məsələni aydınlaşdırım. Məndən imtina edəndən sonra ona dövlət hesabına vəkil təyin olunub. Görünür, onu aldadıblar ki, "biz deyəni elə, yaxşı olacaq".

Xatırladaq ki, Günel Mövludun iki qardaşı - Raci və Vəkil İmanovlar, biri Biləsuvarda, digəri isə Sumqayıtda olmaqla, oktyabrın 13-də həbs ediliblər. Hər ikisinə narkotik ittihamı irəli sürülüb. Lakin qardaşların heç biri ittihamı qəbul etmir, aşkarlandığı iddia olunan narkotikin onlara heç bir aidiyyəti olmadığını bildirirlər.

Günel Mövlud da qardaşlarının həbsini özünün tənqidçi fəaliyyətilə əlaqələndirir.

XS
SM
MD
LG