Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:30

Mark Zuckerberg: “Havaya çıxın və qaçın”


Mark Zuckerberg
Mark Zuckerberg

►Facebook rəhbərinin məqsədi - sosial şəbəkələrin insanların hərəkətliliyini azaltmasını əngəlləməkdir

Facebook-un baş direktoru Mark Zuckerberg 2016-cı ildə 365 mil (588 km) qaçmağı özünə məqsəd qoyub.

CNN-in xəbərinə görə, sosial şəbəkə rəhbəri yeni kampaniya başladıb. 2015-ci ili “Kitab ili” adlandırmış Zuckerberg təşəbbüsünü davam etdirərək yeni ili “Qaçış ili” kimi tanıtdırıb.

O, hədəf məsafəsini çox da qeyri-real saymır:

“Bu doğrudan da çox qaçmaq deməkdir. Ancaq ağıl çaşdıran məsafə deyil. Hər gün 1 mili (1.6 km-i) orta sürətlə 10 dəqiqədən tez qaçmaqla nəticəyə çatmaq olar”.

“A Year of Runing” (qaçış ili) adlı facebook qrupunda istifadəçilər öz qaçış təcrübələrini bölüşə bilərlər.

Zuckerberq də həmin qrupda davamlı paylaşımlar edəcəyini açıqlayıb.

Yanvarın 5-də yaradılan qrupa üzv sayı artıq 87 mini ötüb.

Kampaniyanın məqsədi - sosial şəbəkələrin insanların hərəkətliliyini azaltmasını əngəlləmək, onlara daha sağlam həyat tərzi aşılamaqdır.

XS
SM
MD
LG