Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:49

Neft 10 dollara düşə bilər


Foto arxiv
Foto arxiv

İngiltərənin “Standard Chartered” bankı da neftin taleyinə bədgüman yanaşan “Goldman Sach”, “RBS” və “Morgan Stanley” kimi banklar sırasındadır.

Bank xəbərdarlıq edir ki, neftin bareli 10 dollara düşə bilər.

Qeyd edək ki, “Standard Chartered” dünyada aparıcı banklardan biridir.

Brend markalı neftin bareli yanvarın 13-də Asiya birzalarında 30 dollar 95 sent, bir neçə saat sonra isə hətta 29,93 dollara düşüb ki, bu son 12 ildə ən

aşağı qiymətdir.

Neftin breli 10 dollara sonuncu dəfə 1989-cu ildə Asiyadakı iqtisadi böhran vaxtı düşüb.

Həmin vaxt benzinin qiyməti 86 sent olub.

Həmçinin Beynəlxalq Valyuta fondunun icraçı direktoru Christian Lagarde xəbərdarlıq edib ki, təlabat və təkliflərin azalmasına görə neftin qiyməti uzun müddət yəqin ki, aşağı həddə qalacaq.

İrandakı “ Qlobal Enerji Faktları” layihəsinin sədri Fereidun Fesharaki də bildirib ki, İrana qarşı beynəlxalqsanksiyaların ləğvi gözləndiyindən, neftin bareli martadək 25 dollara düşə bilər.

XS
SM
MD
LG