Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:26

"Məndən rüşvət alan polisin səsini yazmışam"


Illüstrasiya
Illüstrasiya

►Ucuz taxta üçün Qaxa getdi, işə düşdü

“Meşəbəyidən aldığım 3 kub taxtanı “Qazel” markalı avtomobilə yükləyib Bakıya dönmək istəyəndə polis əməkdaşları başımın üstünü kəsdirdi. Məni səbəb demədən polis şöbəsinə apardılar, iki gün orada saxladılar. Psixoloji incitdilər. Gah dedilər, “sənə cinayət işi açacağıq”, gah dedilər, “həbs edəcəyik”… Məcbur edirdilər ki, “ailənə de, 2 min manat gətirsinlər, səni buraxaq”. 2 günlük danışıqlardan sonra 500 manata razılaşdılar. Pulumu alıb şöbədən azad etdilər”.

Bakı şəhər sakini Rəhim Cəfərov danışır ki, bu il yanvarın 8-də şəxsi mənzilindəki təmir işləri ilə əlaqədar üçcə kub taxtaya görə Qaxa getməsi onu hərtərəfli işə salıb. Həm əsəbləri, həm vaxtı, həm də pulu gedib:

“Düşündüm ki, kasıb adamam, qəpiyi qəpiyə calayıb təmir işimi görürəm. Taxta da çox baha başa gəlir, gedim, öz yerindən topdansatış qiymətinə alım gətirim. Bu da işin xeyri… Kaş ki, getməyəydim”.

Deyir, pulu ondan Qax Rayon Polis Şöbəsinin rəis müavini Azər Cəfərov istəyib və alıb. O da şöbədən çıxmaq üçün pulu vermək zorunda qalıb. İndi isə geri tələb edir:

Buna da bax: «Hadisədən sonra məscidə gedib namaz qıldıq»

“SƏSİNİ YAZMIŞAM”

“Əl çəkməyəcəm. O pulu onlardan qəpiyinəcən alacam. Hər yerə yazmışam. Əgər mənim gedib kimdənsə taxta almağım qanunsuz idisə, niyə qanuni tədbir görmürdü? Niyə məni şöbədə saxlayırdı? Məndən pul istəməsini sübut etməyə hazıram. Səsini yazmışam”.

Rəhim Cəfərov deyir, şöbədə qaldığı iki gün ərzində nələrin şahidi olmayıb ki:

“Xalqın gününü qara ediblər. Öz adamlarını müştəri qismində bazara göndərirlər. Dollar satanları tutub şöbəyə gətirirlər, yazıqlara o qədər təzyiq, hədə-qorxu gəlirlər ki… Bütün qazandıqlarını və qazanmadıqlarını tutub əllərindən alıb buraxırlar”.

“BÖHTANDIR”

Qax Rayon Polis Şöbəsinin rəis müavini Azər Cəfərovsa Rəhim Cəfərovun dediklərini əsassız hesab edir:

“Yalandır. Həmin faktla bağlı istintaq bölməsində araşdırma aparılıb. Taxta materiallarının qanuni olması ilə bağlı sənəd təqdim olunduqdan sonra vətəndaş sərbəst buraxılıb. Dediyi ikinci məsələ - guya adamları şöbəyə gətirib pullarını alırıq və sair, bu da böhtandır”.

Rəhim Cəfərovsa rəis müavininin hərəkətlərindən Baş prokurora yazacağında israrlı olduğunu deyir.

XS
SM
MD
LG