Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:37

Neft Fondu: “Bütün banklara bir gözlə baxılır”


►Samir Əliyev: “Neft Fondu Mərkəzi Bankın valyuta ehtiyatlarının əriməsinin qarşısını ala bilməyəcək”

Dövlət Neft Fondu yanvarın 15-də valyuta satışını davam etdirəcək.

Fonddan AzadlıqRadiosuna bildirilib ki, onlar Mərkəzi Bank vasitəsilə müntəzəm hərraclar təşkil edəcəklər:

“Hərracda ölkədəki bütün bankların iştirak etmək imkanı vardır. Hərraca 200 milyon ABŞ dolları məbləğində vəsait çıxarılacaqdır”.

Dövlət Neft Fondu il ərzində hərraclar vasitəsilə valyuta satışını davam etdirəcək.

Dövlət Neft Fondu AzadlıqRadiosuna bildirir ki, ötən ilin göstəriciləri hazırda auditdən keçir. Ona görə də Neft Fondunun idarəçiliyində nə qədər aktivin olması, aktivlərin struktur tərkibi, o cümlədən, 2015-ci il üzrə investisiyalardan əldə edilən gəlir barədə AzadlıqRadiosunun suallarını cavablandıra bilməyəcəklər.

Buna da bax: “Taleh Bağırzadə 1 aydan çoxdur eyni paltarda saxlanır”

“Banklara ayrı-seçkilik qoyulur”

Samir Əliyev
Samir Əliyev

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyir ki, dollarla bağlı ölkədə yaranmış vəziyyətə Neft Fondunun müdaxiləsi yerinə düşür: “Neft Fondu 32 banka ümumilikdə 200 milyon dollar satıb. Bazarı tam təmin etməsə də bu, indiki dövrdə Mərkəzi Banka bir dəstəkdir”.

Samir Əliyev hesab edir ki, ilk baxışdan orta hesabla hər banka 6,25 milyon dollar düşməsi, bank sektorunun 2/3-sinin dollar satışından yararlanması təsəvvürü yaranır:

“Ancaq belə deyil, həmin vəsait əsasən iki banka - Beynəlxalq Bank və Paşa Banka satılıb. Yerdə qalan banklara çox cüzi pay düşüb. Təəssüf ki, ölkə iqtisadiyyatındakı ayrı-seçkilik Neft Fondunun da fəaliyyətinə sirayət edib. Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditləri də, bir qayda olaraq, məhdud sayda banka nəsib olur. Eyni banklar eyni mənbələrdən faydalanırlar”.

“Biz hamıya bir gözlə baxırıq”

Dövlət Neft Fondu isə bu fikirləri bölüşmür. Fonddan bildirilir ki, hərracda hər hansı banka üstünlük verilmir və şəffaflıq qorunur:

“Fond dolları Mərkəzi Bankın təşkil etdiyi hərraclar vasitəsilə həyata keçirir. Neft Fondunun nümayəndələri prosesdə iştirak edir. Bütün proses şəffaf və ədalətlilik prinsipi ilə həyata keçirilir. Hər hansı bir banka üstünlük verilməsindən söhbət gedə bilməz”.

"Deməli, əslində dollar daha bahadır"
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Buna da bax: Tikinti sektoruna sarsıdıcı zərbə

“Neft Fondunun imkanı məhduddur”

Bəs Neft Fondunun valyuta bazarına müdaxiləsi Mərkəzi Bankın dollar ehtiyatının azalmasının qarşısını ala bilərmi?

İqtisadçı Samir Əliyev deyir ki, Neft Fondu bu il manat şəklində dövlət büdcəsinə təxminən 6 milyard manat köçürməlidir:

“Bu da ay üzrə 500 milyon manat edir. Neft Fondunun bazara müdaxiləsi məhduddur, hətta ola bilsin ki, fevral ayında bazara daha az vəsait çıxarsınlar”.

Ekspertin fikrincə, Neft Fondunun bazara müdaxiləsi Mərkəzi Bankın valyuta ehtiyatlarının əriməsinin qarşısını ala bilməyəcək.

“Dollar tələbatının artması həm də süni tələbatdır”, -müsahibimiz deyir. O əlavə edir ki, bazardakı ajiotajı yatırmaq üçün inzibati yolla yox, əksinə, düşünülmüş tədbirlərə əl atmaq lazımdır.

Buna da bax: Dünyada fərdi kompüterlərin satışı xeyli azalıb

“Banklara etibarlılığı artırmaq lazımdır”

Samir Əliyev bunun üçün banklara etibarlılığı artırmaq yolu kimi əmanətlərin sığortalanma mexanizminə müəyyən dəyişiklik edilməsinin vacibliyini vurğulayır.

O deyir ki, valyutadəyişmə məntəqələrinin ləğvi və 500 dollar satış limiti kapital axının qarşısını almağa yönəldilsə də, bunun effektinin ömrü az olacaq:

“Mən inzibati qaydaların daha da sərtləşəcəyini gözləyirəm. Amma bunun qarşısının alınmasının bir yolu banklara etibarlılığın artmasıdır. Əllərindəki manatı dollara çevirənlər, təəssüf ki, onu maliyyə bazarına yönəltmir, “yastıq altına” yığırlar. Adamlar düşünürlər ki, manat daha da ucuzlaşsa, əlindəki vəsait dəyərini itirməsin, dolları yenidən manata çevirib hansısa problemlərini həll eləsinlər”.

Amma Samir Əliyev onu da istisna etmir ki, yanvarın axırı, fevralın əvvəlində “yastıq altında”kı dollarlar yenidən bazara qayıtsın.

Bazarda alan da, satan da bahalıqdan dad edir
Gözlə

No media source currently available

0:00 0:05:03 0:00

XS
SM
MD
LG