Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:36

Rusiya ən parlaq riyaziyyatçılarından məhrum olub


arxiv foto
arxiv foto

Sovet İttifaqının 1991-ci ildə dağılmasından sonra elm adamları kütləvi şəkildə bu ölkəni tərk etdi. Bu, Rusiyanın xüsusilə riyaziyyat sahəsində liderliyinə böyük zərbə vurdu.

-

Sovet İttifaqının 1991-ci ildə dağılmasından sonra elm adamları kütləvi şəkildə bu ölkəni tərk etdi. Bu, Rusiyanın xüsusilə riyaziyyat sahəsində liderliyinə böyük zərbə vurdu. Ölkə ən parlaq riyaziyyatçılarının əksəriyyətini itirdi.

Beynəlxalq Riyaziyyatçılar Konqresinin 1986-cı ildə Kaliforniyada keçirilən iclasının 30-dan artıq iştirakçısı o zaman Sovet İttifaqından gəlmişdi. Onların da əksəriyyəti Rusiyadan idi. 2010-cu ildə Hindistanda keçirilən analoji tədbirdə isə Rusiya universitetlərini yalnız 5 məruzəçi təmsil etmişdi.

Buna da bax: Şahvələd Çobanoğlu: «MTRŞ kimdir ki?»

arxiv foto
arxiv foto

Ənənəvi riyaziyyat ölkəsi sayılan Rusiyanın riyaziyyatçıların emiqrasiyasından nələri itirdiyini müəyyən etmək üçün iki Moskvalı akademik araşdırma aparıb. Milli Tədqiqatlar Universitetinin İqtisadiyyat Ali Məktəbindən Vladlen Timorinİvan Sterligov riyaziyyat sahəsində tanınan 25 qeyri-rus elmi nəşrində rus soyadlı müəlliflərin məqalələrini analiz ediblər.

RUSİYADA GERİLƏMƏ, XARİCDƏ MƏHSULDARLIQ

Məlum olub ki, 1994-cü ildə belə məqalələrin 70 faizinin müəllifi Rusiya institutlarının əməkdaşları olub. Amma 3 il ərzində, yəni 1997-ci ilədək bu göstərici 50 faizə düşüb.

1993-2015-ci illərdə Rusiyadan Qərbə axın etmiş riyaziyyatçıların üçdə birindən də çoxu Birləşmiş Ştatlara üz tutub. İkinci yerdə Fransa gəlir.

arxiv foto
arxiv foto

İqtisadiyyat Ali Məktəbində riyaziyyat kafedrasının müdiri, professor Timorin deyir ki, emiqrasiya etmiş rusiyalı riyaziyyatçılar xaricdə yaxşı akademik vəzifələr tutublar. Üstəlik onlar Rusiyada qalanlardan daha yaxşı akademik nəticələr göstərirlər. Bundan əlavə, köç etmiş riyaziyyatçılar həmin ölkələrin yerli alimlərindən daha çox məhsuldarlıq nümayiş etdirirlər.

Araşdırmaya görə, orta statistik rusiyalı miqrant riyaziyyatçı 1992 – 2008-ci illər ərzində orta statistik amerikalı riyaziyyatçıdan 20 ədəd çox elmi məqalə dərc etdirib. Həmin məqalələrə 143 dəfə çox istinad olunub.

Buna da bax: İran Rusiyanın Türkiyəyə qarşı sanksiyalarına “qoşuldu”

Amerikada yerləşən Milli İqtisadi Tədqiqatlar Bürosunun 2012-ci ildə apardığı bir araşdırmaya görə, Sovet riyaziyyatçılarının Birləşmiş Ştatlara gəlişi bu ölkədə dəqiq elm adamları arasında rəqabəti xeyli artırıb.

Grigori Yakovlevich Perelman
Grigori Yakovlevich Perelman

Timorin və Sterligovun hesablamalarına görə, Rusiyadan təkcə ABŞ-a təxminən 1000 riyaziyyatçı gedib. Onlar deyir ki, Rusiya riyaziyyatı bununla özünün ən qiymətli nümayəndələrini itirib. Bu, Rusiyada həm ali təhsilə, həm də elmi tədqiqatlara böyük zərbə vurub.Araşdırmada o da qeyd olunur ki, Fields medalı (riyaziyyatçılar üçün Nobel mükafatına bərabər mükafatdır) ilə təltif edilmiş Rusiya mənşəli riyaziyyatçıların hamısı Qərbdə çalışır. Yeganə istisna Grigori Perelman-dır ki, o da artıq elm ocaqları ilə əməkdaşlıq etmir.

XS
SM
MD
LG