Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:39

Söküləcək...


«YUĞ» Dövlət Teatrı
«YUĞ» Dövlət Teatrı

-

Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarına əsasən, 2016-cı il fevralın 1-dən «YUĞ» Dövlət Teatrı yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirəcək.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, teatr yeni binada fəaliyyətini tam gücü ilə davam etdirməyə çalışacaq:

«Şübhəsiz ki, 10 ildən artıq bir müddətdə fəaliyyət göstərdiyimiz binadan ayrılmaq, yeni məkanda, yeni şəraitdə işləmək elə də asan olmayacaq. Amma teatrımızın kollektivi bu çətinliklərin öhdəsindən gəlmək, yeni məkanda – Dövlət Kukla Teatrının binasında öz yaradıcılıq yolunu davam etdirmək əzmindədir».

Teatr onları dəyərləndirən, dəstəyini əsirgəməyən bütün media nümayəndələrinə təşəkkürünü bildirir və yanvarın 26-da saat 19.00-da köhnə binada (M.Muxtarov küçəsi, 83) oynanılan son tamaşaya-T. Rəsulovun quruluşunda hazırlanan «Boy» tamaşasına dəvət edir.

Tamaşada Məmməd Səfa, Yaqut Paşazadə, Təranə Ocaqverdiyeva, Amid Qasımov, Elgün Həmidov, Vüqar Hacıyev və Könül Cəfərzadə iştirak edir.

Yasamal rayonu ərazisində aparılan söküntü, abadlıq işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət «YUĞ» Teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub.

Binanın sökülməsi istər ölkədə, istərsə də beynəlxalq aləmdə diqqət çəkib.

Beynəlxalq Teatr İnstitutu (Paris) Milli Mərkəzinin prezidenti, Les Kurbas adına Ukrayna Milli Teatr Sənəti Mərkəzinin qurucusu və direktoru Nelli Kornienko Azərbaycanın mədəniyyət nazirinə məktub ünvanlayıb.

XS
SM
MD
LG