Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:33

Azərbaycan 4 milyard dollar borca girməsi xəbərini təkzib edir


Samir Şərifov
Samir Şərifov

-

Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) tərəfindən 4 milyard dollar həcmində kreditin cəlb edilməsi barədə danışıqlar getmir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov mətbuat konfransında deyib.

Nazir bildirib: "Vəziyyətimiz elə acınacaqlı deyil ki, qısa müddət ərzində kimdənsə kredit istəyək. Əksinə, biz özümüz digər ölkələrə kreditlər veririk".

Beynəxalq Valyuta Fondu son 10 ildə ilk dəfədir ki, Azərbaycan hökumətinə maddi yardım etməyi müzakirə edir.

Dünya Bankının Bakı ofisindən AzadlıqRadiosuna bildiriblər ki, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının nümayəndələri Bakıda ənənəvi qiymətləndirmə üçün səfərdədirlər. Bank Azərbaycana lazım olan yardımı etməyə hazırdır:

"Dünya Bankı və BVF yerli valyutaya təzyiq və neftin ucuzlaşmasına cavab olaraq uzunmüddətli və qısa müddətli tədbirlər görülməsi məqsədilə Azərbaycanla danışıqlar aparır. Dünya Bankı Azərbaycana lazım olan yardımı, o cümlədən büdcəyə dəstəyi göstərməyə hazırdır".

Dünya Bankından bildiriblər ki, yardım təşəbbüsü Azərbaycan hökumətindən gəlməyib, hələ ki, tərəflər müzakirə aparırlar.

Bundan əvvəl xəbər yayılıb ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun bir qrup əməkdaşı yanvarın 28-də Azərbaycan hökuməti ilə əməkdaşlıq və əvvəllər razılaşdırılmamış layihələrin maliyyələşdirilməsi haqqında bir həftəlik danışıqlara başlayıb.

Müxtəlif mənbələrə görə, söhbət 4 mlrd məbləğində maliyyələşmədən gedir. Əvvəllər məlumatlı mənbələr bildirib ki, Bakı DB-dan 8 mlrd istəyib.

XS
SM
MD
LG