Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:38

Publik hüquqi şəxslər qanunu işə düşdü


İlham Əliyev
İlham Əliyev

-

Prezident İlham Əliyev «Publik hüquqi şəxslər haqqında» qanunun tətbiqi ilə bağlı fərman verib.

Fərmana əsasən, Nazirlər Kabineti 3 ay müddətində qanunvericiliyi yeni tətbiq olunan qanuna uyğunlaşdırmalıdır. Bundan başqa dövlət- bələdiyyə məktəblərinin, orta ixtisas, ali, xüsusi və peşə-ixtisas təhsili müəssisələrinin nümunəvi nizamnamələrinin hazırlanması təmin edilməlidir.

«Publik hüquqi şəxslər haqqında» qanunda nəzərdə tutulan icra hakimiyyəti orqanının səlahiyyətlərini Nazirlər Kabineti, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirəcək.

Publik hüquq - ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. Publik hüquqi şəxs onun özü, dövlət, bələdiyyə adından yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Ancaq dövlət və ya bələdiyyə orqanı sayılmır.

«Publik hüquqi şəxslər haqqında» qanun publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydalarını müəyyən edir.

Yeni qanunun tətbiqinə başlanması barədə fərmanın ardınca Azərbaycanda dərhal ilk publik hüquqi şəxs yaradılıb. Ölkə başçısı fevralın 3-də Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması haqqında fərman imzalayıb.

XS
SM
MD
LG