Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:41

Puşkin haqda 7 maraqlı fakt


Qırmızı və qara kürüylə işlənmiş Puşkin portreti
Qırmızı və qara kürüylə işlənmiş Puşkin portreti

-

Borcunu poeziya ilə ödəyirdi

Puşkin qumar oynayırdı. Borcları yığılanda masa arxasına keçir, bir neçə saatın içində poema və ya şeir yazır, onları nəşriyyatlara, jurnallara satırdı. Verilən pul onun borcunu ödəməyə yetirdi.

Beləcə, Puşkin “Qraf Nulin” poemasını qumar borcu əvəzinə yazıb, həmin poemanın pulunu o vaxt “Moskovskiy vestnik” jurnalı ödəyib və “Bu nömrəmizdə Puşkinin yeni poeması var" adıyla bütün tirajını satıb.

Borclarını ödəyən kimi şair yenə kart oynamağa otururmuş.

Poliqlot Puşkin

Puşkin çoxlu dil bilirmiş. İngilis, fransız, yunan, alman, ispan, italyan, latın, slavyan dillərini mükəmməl bildiyi haqda faktlar var.

Onun kitabxanasında 3560 kitab olub, onların yalnız üçdə biri rus dilində, qalanları xarici dillərdə imiş.

Çarla yazışma

Puşkin imperator I Nikolay ilə yazışırdı. Bu məktublarda onlar Puşkinin şeirlərini, həmçinin davranışını, cəmiyyətlə münasibərlətini müzakirə edirdilər. Nikolay ona rus dilində, o isə Nikolaya fransızca məktub yazırdı.

Amma bu münasibət mehriban olmayıb:

Buna da bax: Söz azadlığı olmayanda Puşkin belə yazıb

Söz

Puşkin təkcə şeir yazmayıb, o, bütün ədəbi janrlarda yazıb; hekayələr, povestlər, uşaqlar üçün nağıllar.

Bir dəfə Peter Yerşov ona öz “Konyok-Qorbunok” hekayəsini oxuyur, Puşkin hekayəni elə bəyənir ki, bu janrda həmin hekayədən daha yaxşı heç nə yaza bilməyəcəyini deyərək, hekayə yazmaqdan imtina edir. Ölənədək sözünün üstündə dayanır.

Duellər

Puşkin qızğıntəbiət adam olub. Müasirlərinin xatirələrinə görə, bir adi sözünə görə, kimisə duelə çağıra bilirdi. Puşkinşünaslar onun həyatı boyunca 20-dən çox dueldə iştirak etdiyini deyirlər.

Puşkin və Dantes

Puşkinşünaslar onu da deyirlər ki, Georges D'antes ilə duelin də təşəbbüskarı Puşkin olub. Amma bu, belə deyil.

Ortalıqda “Puşkinin arvadı ona xəyanət edir” dedi-qodusu dolaşdığına görə, əvvəlcə Puşkin onu duelə çağırıb. Amma yaxın dostları bu dueli ləğv edə biliblər.

Dedi-qodular bitməyib. Onda Puşkin məktub yazaraq, Dantesin atasını təhqir edir, Dantesin özü haqqında isə keçici cinsi xəstəliyi olduğunu deyir. Gənc Dantes hirslənir və bu dəfə özü Puşkini duelə çağırır. Bu duel Puşkinin sonu olur.

Efiopiyada heykəl

Dünyada Puşkinin 270 heykəli var. Onlardan 200-ü Rusiyadadır. Qalanları Azərbaycanda, Ermənistanda, Yunanıstanda, Kanadada, Meksikada, Türkiyədə, Belçikada, Slovakiyada...

Şairin bir heykəli də Puşkinin əcdadlarının vətəni olan Həbəşistandadır. Paytaxt Əddis-Əbəbə şəhərində Puşkin heykəlinin mərməri üzərində belə yazılıb: “Bizim şairimizin şərəfinə”.

"AF"

XS
SM
MD
LG