Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:28

Ə.Əhmədov: «Əgər imkan və resurs varsa...»


Əli Əhmədov
Əli Əhmədov

-

«Əgər imkanlar və resurslar varsa, onlardan istifadə edib lazımi güzəştlər, kompensasiyalar veriləcək. Yox, əgər imkan yoxdursa, onda sadəcə olaraq bütün dünyada devalvasiya baş verən ölkələrdə hansı addımlar atılıbsa, Azərbaycan da o addımı atacaq».

«Trend»in xəbərinə görə, bunu «Yeni Azərbaycan» Partiyasının sədr müavini, baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bu açıqlamanı manatın devalvasiyasından sonra banklardan xarici valyuta ilə kredit götürən insanlara güzəşt edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib.

Ə.Əhmədov qeyd edib ki, məsələ ciddi şəkildə araşdırılmalıdır: «Hər hansı bir təklifi səsləndirmək çox asandır, amma bunu həyata keçirmək üçün lazımi resursların axtarılması və tapılması ciddi araşdırmalar tələb edir».

Ötən il Azərbaycanda iki dəfə manatın devalvasiyası baş verib. Nəticədə manat dollar qarşısında təqribən 100 faiz dəyər itirib. Bundan sonra kreditlərin sonuncu devalvasiyaya qədər olan məzənnə ilə ödənilməsi ilə bağlı təkliflər səslənib. Bununla bağlı maliyyə naziri, Mərkəz Bank rəhbərliyi və bir sıra deputatlar arasında fikir mübadiləsi də aparılıb. Ancaq bu məsələ həllini tapmayıb. Bunun üçün təqribən 250 milyon dollar vəsaitə ehtiyac olduğu bildirilir.

Rəsmi məlumatlara görə, ölkədə 2 milyon yarımdan çox insanın banklara kredit borcu var. 1.5 milyard manat kreditin isə ödəmə vaxtı keçib.

XS
SM
MD
LG