Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:34

Yolların kənarındakı süni təpələr sökülür


Süni təpə
Süni təpə

-

Binəqədi icra hakimiyyətinin Bakı-Sumqayıt yolu boyunca saldığı süni təpələr yığışdırılacaq. Magistral yoldakı çökmə-sürüşmələrin əsas səbəbkarının həmin təpələr olduğu müəyyənləşib.

«Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli APA-ya belə deyib

A.Nəcəfli bildirib ki, Bakı-Sumqayıt yolunun beynəlxalq avtovağzalın yaxınlığından keçən hissəsində 5-6 metr uzunluqda, 2 metr enində çatlar yaranıb. Yolun müəyyən hissələri deformasiyaya uğrayıb.

«Bunun səbəbi yol kənarında yaşıllıq təpəciklərinin salınmasıdır. Həmin yol inşa olunan zaman orada yaşıllıq təpəcikləri olmayıb. Həmin təpəciklər sonradan salınıb. Üstəlik, təpəciklər yolun çiyin hissəsində salınıb. Təpəciklərin orada inşa olunması, yolun çiyin hissəsinə əlavə yük olub. Beləliklə, təpəciklərin sulanması ilə bərabər ağırlıq da artıb, yolda 5-6 metrlik hissədə çatlar əmələ gəlib» - deyə mətbuat sözçüsü bildirib.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında ötən ilin oktyabrından sürüşmə-çökmə başlayıb. Bakı-Sumqayıt yolunun əsas hissəsində çatlar əmələ gəlib. Ərazidəki 25-30 metr hündürlüyündə istinad divarı üçün ciddi təhlükə yaranıb.

«Azəryolservis» rəsmisinin yolun çökməsinə səbəb göstərdiyi süni təpələri Binəqədi icra hakimiyyəti «Təmiz Binəqədi» layihəsi çərçivəsində inşa edib.

XS
SM
MD
LG