Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:28

Polisə işləyənlərə geyim forması, döş nişanı veriləcək


Karikatura
Karikatura

►Onların imtiyazları da olacaq

Polis orqanları ilə əməkdaşlığa şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-dən az və 24-dən çox olmayan Azərbaycan Respublikası vətəndaşları könüllülük əsasında cəlb edilə bilərlər.

Modern. az xəbər verir ki,bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənmiş "İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası" sənədində müddəa yer alıb.

Qaydaya əsasən, polis orqanları ilə əməkdaşlığın təşkili qaydası Daxili İşlər Nazirliyi (DİN) tərəfindən müəyyən edilir.

Cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş şəxslər, psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan şəxslər, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər, inzibati xəta törətdiyinə görə barəsində son bir il ərzində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslər polis orqanları ilə əməkdaşlığa cəlb edilə bilməzlər.

Polis orqanları ilə əməkdaşlıq edən şəxslər fəaliyyətə başlamazdan əvvəl DİN tərəfindən müəyyən edilmiş qaydada müvafiq hazırlıq keçirlər.

DİN polis orqanları ilə əməkdaşlıq edən şəxsləri xüsusi geyim forması, döş nişanı və vahid nümunəli vəsiqə ilə təmin edir. Geyim formasının, döş nişanının və vəsiqənin təsviri və nümunələri DİN tərəfindən təsdiq edilir.

Həmin şəxslərin fəaliyyəti bu məqsədlər üçün DİN-ə ayrılan dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir. Onların hüquq və vəzifələrini, sosial və digər təminatlarını müəyyən edən müqavilə bağlanır, ictimai vəzifələrini yerinə yetirərkən dövlət tərəfindən müdafiə olunurlar.

Polis orqanları ilə əməkdaşlıq edən şəxslərə Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən olunmuş təminatlar şamil edilir.

Daxili işlər orqanlarında xidmətə qəbul zamanı ictimai asayişin qorunmasında 2 il ərzində polis orqanları ilə əməkdaşlıq etmiş şəxslərə üstünlük verilir.

Polis orqanları ilə əməkdaşlıq edən şəxslər xüsusi xidmətlərinə, göstərdikləri fədakarlıq və cəsarətə görə dövlət təltiflərinə təqdim edilə bilərlər.

Buna da bax...

"Nə çəkirsən?"
Gözlə
Embed

No media source currently available

0:00 0:02:19 0:00

XS
SM
MD
LG