Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:27

Deputata qarşı 600 min manatlıq məhkəmə iddiası


Elmira Axundova
Elmira Axundova

►Elmira Axundovanın oğlu məhkəmədə qaldırdığı iddianı geri götürdü

Martın 10-da Yasamal Rayon Məhkəməsində deputat Elmira Axundovaya qarşı 600 min manatlıq iddia üzrə məhkəmə iclası keçirilib. Qocaman jurnalist Firuz Haşımovun deputata qarşı qaldırdığı iddiaya hakim Zəfər Quliyevin sədrliyilə baxılır.

2 İDDİAÇI, 600 MİN MANATLIQ TƏLƏB

78 yaşlı Firuz Haşımovun iddiasına "Üç nöqtə" qəzetinin 20 noyabr 2015-ci il tarixli sayında dərc olunmuş "Əli Həsənovun bəzi media orqanları ilə bağlı dediklərinə deputatdan dəstək" başlıqlı məqalə səbəb olub.

Həmin yazıda Elmira Axundova Firuz Haşımov barədə müəyyən fikirlər səsləndirib ki, o da bunu böhtan və təhqir kimi qiymətləndirərək məhkəməyə üz tutub. İddia ərizəsində deputatın "Üç nöqtə"də üzr istəməklə təkzib verməsi, ondan mənəvi zərərə görə 600 min manat kompensasiya və məhkəməyə müraciət üçün 30 manat dövlət rüsumunun tutulması tələbi qoyulub.

Amma Firuz Haşımov bu iş üzrə yeganə iddiaçı deyil. Elmira Axundovanın oğlu Həbib Axundovdan şikayətçi olan şəxslərdən Ziya Vəliyev də iddiaçıdır və o, ərizəsində göstərib ki, deputatın oğlunun istifadəsində olan mobil telefon nömrəsindən ona "Whatsapp" vasitəsilə göndərilən mesajda təhqir olunub. Ziya Vəliyev təhqiramiz ifadələrə görə Həbib Axundovun üzr istəməsini və mənəvi ziyana görə 600 min kompensasiya ödəməsini tələb edir.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Bu iş üzrə məhkəmənin bir müddət əvvəl keçirilən hazırlıq iclasında Həbib Axundov Firuz Haşımova qarşı onun "Gündəlik Bakı" qəzetində dərc olunmuş fikirlərinə görə 100 min manatlıq təzminat tələbilə qarşılıqlı iddia ərizəsi qaldırmışdı.

HƏBİB AXUNDOV İDDİANI GERİ ÇƏKİB

Martın 10-da keçirilən məhkəmə iclasında deputatın oğlu iddiasından imtina edib.

Axundovların nümayəndəsi Afət Qazıyeva bu barədə ərizəni məhkəməyə təqdim edib.

"Xahiş edirəm, Haşımov Firuza qarşı irəli sürdüyüm qarşılıqlı iddia ərizəsini geri qaytarasınız", - Afət Qazıyevanın hakimə təqdim etdiyi ərizədə yazılıb.

Məhkəmə prosesi martın 14-də davam edəcək.

Firuz Haşımovun nümayəndəsi Tahir Əlirzayev isə iddiadan imtina etmək niyyətində olmadıqlarını bildirib.

Qeyd edək ki, bir qrup şəxs Həbib Axundov və onun şəriki Elnur İbrahimov tərəfindən aldadıldıqlarını iddia edir. Bununla əlaqədar Bakı şəhər Baş Polis İdarəsində araşdırmalar aparılır. Elmira Axundova isə bildirir ki, həmin şəxslər pulu Həbib Axundova yox, Elnur İbrahimova veriblər, onun da barəsində axtarış elan olunub.

Buna da bax:

Prezident qızlarına məxsus şirkətin işçiləri maaşlarını istəyir
Gözlə

No media source currently available

0:00 0:03:22 0:00

XS
SM
MD
LG