Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:46

Gürcüstan prezidentindən Novruz jesti- [Fotolar]


►Baş nazir Azərbaycan dilində "Novruz bayramınız mübarək" deyərək...

Martın 21-də Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş nazir Georgi Kvirikaşvili Novruz bayramı münasibəti ilə azərbaycanlıların yaşadığı Marneuliyə gəliblər.

APA-nın xəbərinə görə, onlar orada sərgi pavilionlarına baxıblar.

Şənlikdə Kvemo-Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili Novruz bayramı ilə bağlı təbriklərini çatdırıb, sülh və əmin-amanlıq arzu edib.

Prezident G. Marqvelaşvili Novruz bayramının əziz bayram olduğunu deyərək Gürcüstandakı bütün millətləri birliyə, əmin-amanlığa çağırıb.

Baş nazir G. Kvirikaşvili də Azərbaycan dilində "Novruz bayramınız mübarək" deyərək şənlik iştirakçılarını təbrik edib.

Sonra konsert proqramı başlayıb. Konsertdə gürcü və Azərbaycan dillərində mahnılar səsləndirilib, aşıqlar el mahnılarını ifa ediblər.

AZƏRTAC xəbər verir ki, baş nazir G. Kvirikaşvili martın 21-də həmçinin Tbilisidəki M.F.Axundzadə adına rəsm qalereyasında müxtəlif universitetlərdə təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb.

Tələbələr təhsil, səhiyyə, mədəniyyət, sosial və digər sahələrlə bağlı onları maraqlandıran məsələlərdən danışıblar. Baş nazirin milli məsələlər üzrə müşaviri Savalan Mirzəyev tələbələrin qaldırdıqları məsələlərə münasibət bildirib.

Hökumət rəsmiləri azərbaycanlı gənclərə ana dilləri ilə yanaşı, dövlət dilini, eyni zamanda, xarici dilləri mükəmməl öyrənməyi tövsiyə ediblər.

XS
SM
MD
LG