Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:35

Daha bir jurnalistə ölkədən çıxmaq yasağı


İzolda Ağayeva
İzolda Ağayeva

-

Jurnalist İzolda Ağayevanın ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.

Bu haqda jurnalistin öz məlumat verib.

İ.Ağayeva martın 21-də təhsil məsələləri ilə bağlı Türkiyəyə getmək istəsə də, onu sərhəddən buraxmayıblar. Dövlət Sərhəd Xidmətinin əməkdaşları onun ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər. Qadağanın hansı qurum tərəfindən qoyulması barədə jurnalistə bilgi verilməyib.

İ.Ağayeva ehtimal edib ki, ölkədən çıxışına qadağa qoyulmasının əsas səbəbi müstəqil jurnalist kimi Meydan TV ilə əməkdaşlıq etməsidir. Jurnalist yasağın götürülməsi üçün məhkəməyə müraciət edəcək.

Ötən həftə Meydan TV ilə əməkdaşlıq etmiş müstəqil jurnalist Gülər Mehdizadənin də ölkədən çıxışına qadağa qoyulduğu bəlli olmuşdu.

Bir müddət öncə Meydan TV ilə əməkdaşlıq edən jurnalistlər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindirilirdilər. Onlara Meydan TV-nin fəaliyyəti ilə bağlı suallar verildiyi bildirilirdi. Jurnalistlərdən Şirin Abbasova isə 30 sutka inzibati həbs cəzası verilmişdi.

Meydan TV ilə əməkdaşlıq edən jurnalistlər prokurorluqda da dindiriliblər.

Meydan TV xaricdən yayımlanır.

Buna da bax: Qarabağ əlili: "Gömrük rəisi məni iş otağında döydü"

Qarabağ əlili: "Gömrük rəisi məni iş otağında döydü"
Gözlə

No media source currently available

0:00 0:04:07 0:00

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG