Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:40

İlham Əliyevin ABŞ səfəri nəyi dəyişəcək? - Ekspert şərhləri


İlham Əliyev və Barack Obama, 2010
İlham Əliyev və Barack Obama, 2010

►Ekspertlər yaxın günlərdə ictimai-siyasi islahatlar gözləyir

Azərbaycan prezidenti İlham Əliyev martın 31-də Vaşinqtonda nüvə təhlükəsizliyi sammitində iştirak edəcək. Onu bu sammitə ABŞ prezidenti Barak Obama dəvət edib.

İlham Əliyevin bu səfəri Azərbaycanın ictimai-siyasi mühitinə hansı rənglər gətirəcək? İqtisadi çətinliklər rəsmi Bakının balans siyasətində nəyi dəyişə bilər?

“Qərbə yaxınlaşma tələb etməyin”

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin fikrincə, bu səfərin nəticəsində Azərbaycanı siyasi-iqtisadi islahatlar gözləyir.

Gözlə

No media source currently available

0:00 0:00:26 0:00
Direct-ə keçid

Mehman Əliyev
Mehman Əliyev

Mehman Əliyev deyir ki, apreldə artıq bu islahatlara rəvac veriləcək. Onun sözlərinə görə, bəzi köklü iqtisadi islahatlar olacaq, siyasətdə yumşalma müşahidə edəcəyik. Müsahibimiz hesab edir ki, rusiyalı xarici işlər naziri Sergey Lavrov-un Azərbaycana səfəri belə rəsmi Bakını gözlənən islahatlardan uzaqlaşdıra bilməyəcək:

“Lavrov-un səfəri o deməkdir ki, “biz Azərbaycanın yanındayıq, ancaq ondan daha çox siyasi islahat, Qərbə yaxınlaşma tələb etməyin””.

Ancaq Mehman Əliyev hesab edir ki, Azərbaycanın Qərbə yaxınlaşmaqdan başqa yolu yoxdur.

“Azərbaycan çox zəif vəziyyətdədir” deyən “Turan” rəhbəri əlavə edir ki, ölkənin üzləşdiyi dərin böhrandan çıxmaq üçün Qərblə yaxınlaşmaqdan başqa yolu yoxdur: “Azərbaycanın manevr imkanları tükənib”, - o deyir.

Mehman Əliyev bu yaxınlarda parlament komitəsində müzakirə edilən və Avropa Məhkəməsinin qərarlarının icrasına “qırmızı ışıq” yandıra biləcək qanun layihəsinin də elə layihə kimi qalacağını hesab edir:

“Belə qanunun qəbulu vəziyyəti daha da pisləşdirə bilər. Azərbaycan hakimiyyətinin bu addımı atacağına inanmıram”.

​_____________________________________________________________

Televiziya xəbərlərimizə Türksatda bax (Ətraflı)
"Azadlıq A-Live" verilişi həftənin II – V günləri saat 21:00-da yayınlanır. Bu, İnternet TV deyil, əsl televiziyadır!

_____________________________________________________________

“Bu böhranı nə müxalifət, nə vətəndaş cəmiyyəti yaradıb”

Müsahibimiz düşünür ki, artıq vətəndaş cəmiyyəti ilə bağlı müəyyən yumşalmalar başlayıb:

Gözlə

No media source currently available

0:00 0:01:32 0:00
Direct-ə keçid

“Azərbaycanda yaranmış böhran hakimiyyətə böyük zərbə vurdu. Bu böhranın yaranmasında nə vətəndaş cəmiyyəti, nə müxalifəti, nə də mediası heç bir rol oynamadı. Azərbaycan hakimiyyəti son illərdə vətəndaş cəmiyyətini zərərsizləşdirmə siyasəti yürütdü, bununla hansısa dəyişikliklərin, “məxməri inqilabların” qarşısını almaq istəyirdi. Ancaq zərbə hakimiyyəti elə yerdən vurdu ki, onlar bunu gözləmirdi”.

Ərəstun Oruclu
Ərəstun Oruclu

Politoloq Ərəstun Oruclu da hesab edir ki, bu səfərlə ABŞ-Azərbaycan münasibətlərində yeni, xüsusilə intensiv mərhələ başlayır.

Onun sözlərinə görə, artıq bunun əlamətləri görünür.

Ərəstun Oruclunun fikrincə, siyasi məhbusların azadlığa buraxılması bu əlamətlərdən biridir:

“Ölkənin xarici siyasət kursunda prioritetlər seçilməlidir. Azərbaycanın iqtisadi maraqları əsasən Qərblə bağlıdır. Siyasi tərəfdən Rusiyanın yanında olub iqtisadi əlaqələrlə Qərbə bağlanmaq mümkün olmayacaq”.

“Azərbaycana yalnız Qərb kömək edə bilər”

Ərəstun Oruclu əlavə edir ki, Sergei Lavrov-un barəsində danışılan Bakı səfərindən narahat olmağa dəyməz, onun fikrincə, Rusiya İlham Əliyevin səfərinin nəticələrini minimuma endirməyə çalışacaq, iki ölkə arasındakı münasibətlərin hansı mərhələdə olmasını araşdırmağa çalışacaq, “ancaq biz kiçik ölkəyik, belə məsələləri böyük güclər öz aralarında həll edirlər”, Ərəstun Oruclu deyir.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Müsahibimiz manatın devalvasiyasından sonra iqtisadi böhranla üzləşən Azərbaycanın maliyyə vəsaiti üçün müxtəlif mənbələrə üz tutduğunu vurğulayır:

“Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına müraciət elədi. Hətta iş o yerə gəlib çatdı ki, Macarıstan Azərbaycana kredit verməli oldu. Amma ölkənin problemlərini 1-2 milyardla həll etmək olmayacaq. Böyük vəsait lazımdır və bunu da yalnız Dünya Bankı, Beynəlxalq Valyuta Bankı kimi Qərbin nəzarətində olan qurumlar verə bilər. Onların idarə etdikləri vəsait isə ABŞ-a məxsusdur. Üstəlik, bu qurumlar Azərbaycandan müəyyən addımlar tələb edəcək”.

Ərəstun Oruclu optimist olduğunu deyir və vurğulayır ki, tezliklə Azərbaycanda ictimai-siyasi xətdə yumşalma müşahidə ediləcək, yerdə qalan siyasi məhbuslar da buraxılacaq və siyasi münasibətlər sistemində bir sıra addımlar atılacaq:

Gözlə

No media source currently available

0:00 0:01:55 0:00
Direct-ə keçid

“Bunsuz Azərbaycan Qərbin tərəfdaşı ola bilməyəcək”, müsahibimiz əlavə edir.

Buna da bax: Zəngin seks həyatım var - Prezident

XS
SM
MD
LG